Icma.az
close
up
RU
Akademik İsmayıl Hacıyevin kitablarının təqdimatı olub

Akademik İsmayıl Hacıyevin kitablarının təqdimatı olub

Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Yanvarın 21-də Milli Kitabxanada AMEA-nın Naxçıvan Bölməsinin sədri Əməkdar elm xadimi, akademik İsmayıl Hacıyevin kitablarından ibarət kolleksiyanın və “Akademik İsmayıl Hacıyev” adlı ənənəvi və elektron kitab sərgilərinin təqdimat mərasimi keçirilib.

SİA-nın məlumatına görə, bu barədə Milli Kitabxanadan bildirilib.

Tədbirdə Milli Kitabxananın direktoru professor Kərim Tahirov İsmayıl Hacıyevin çoxşaxəli fəaliyyətindən danışıb. Qeyd edib ki, saysız-hesabsız elmi əsərlər müəllifi olan, Naxçıvan Muxtar Respublikasının tarixinin salnaməsini yaradan tədqiqatçı-alim Milli Kitabxanaya 170-dən artıq kitabını hədiyyə edib. O, həm Milli Kitabxananın fondunu xeyli zənginləşdirib, həm də tarix elminə böyük hədiyyə olan kitablarının gələcək nəsillər üçün etibarlı mühafizə olunmasına və öyrənilməsinə şərait yaradıb. Kərim Tahirov, həmçinin akademik İsmayıl Hacıyevin onlarla tarixçi alimlərin yetişməsində xidmətlərindən də danışaraq zalda əyləşənlərin əksəriyyətinin onun tələbələri və yetişdirmələri olduqlarını də diqqətə çatdırıb.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli bildirib ki, Milli Kitabxanada təşkil olunan bu təqdimat İsmayıl Hacıyevin ilk kitab təqdimatıdır. O, Azərbaycan milli dövlətçilik ideologiyasının alimin kitablarında və məqalələrində də əsas süjet xətti olduğunu qeyd edərək vurğulayıb ki, İsmayıl Hacıyev tarixşünaslıq yanaşmasında tarixi faktların, real hadisələrin analitik əsaslarla təqdimatını xronoloji ardıcıllığı ilə qeydə alıb. Xüsusilə Ulu Öndər Heydər Əliyevin fəaliyyətinin Naxçıvan dövrü barədə İsmayıl Hacıyevin tədqiqatlarından danışan AMEA-nın prezidenti bu əsərlərin bu gün çox qiymətli mənbələrə çevrildiyini xüsusilə vurğulayıb. Akademik İsa Həbibbəyli bildirib ki, İsmayıl Hacıyev öz əsərləri ilə elmi dövriyyəyə çoxlu sayda sənədlər, arxiv materialları təqdim edib və onun tədqiqatları dövlət siyasətimizə və elmi tələblərə cavab verir. Tarixi şəxsiyyətlərə qayıdış haqqında tutduğu mövqenin Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyev haqqında yazdığı kitablarla ən yüksək zirvəsinə çatdığını qeyd edərək obyektiv tarixçi alim olan İsmayıl Hacıyevə yeni uğurlar arzulayıb.

Milli Azərbaycan Tarixi Muzeyinin direktoru akademik Nailə Vəlixanlı söyləyib ki, tarixin ən qədim dövrlərindən bu günə qədər olan elə bir səhifəsi yoxdur ki, İsmayıl Hacıyev onun haqqında analitik, dürüst, dolğun və müqayisəli zəngin mənbələrlə yazmasın, həmin mənbələri zərgər dəqiqliyi ilə araşdırmasın və bu baxımdan İsmayıl müəllimin bütün tədqiqatları tarix elmimizə böyük töhfədir.

Tədbirin davamında “Akademik İsmayıl Hacıyev” adlı elektron sərgi təqdim edilib.

Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov İsmayıl Hacıyevin timsalında Azərbaycanda sadəlik, insanlıq nümunəsi olduğunu qeyd edib, daimi nümayəndəlik adından İsmayıl müəllimə gələcək fəaliyyətində daha böyük uğurlar arzulayıb..

AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnoqrafiya İnstitutunun direktoru, professor Kərim Şükürov qeyd edib ki, İsmayıl Hacıyev yetişdiyi tarixi mühitin təsiri ilə müasir tarixçiliyin zirvəsinə çatıb. Naxçıvan tarixinin fərqliliyindən bəhs edən professor bu sahədə yeni və fundamental əsərlər yazdığına görə İsmayıl Hacıyevə minnətdarlığını bildirib.

Milli Məclisin Komitə sədri Fazil Mustafa, BDU-nun Tarix fakültəsinin dekanı İbrahim Zeynalov, AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli, tarix elmləri doktoru Abbas Seyidov, “Şərq qapısı” qəzetinin baş redaktoru Sara Əzimova, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktor müavini tarix elmləri doktoru Eynulla Mədətli, Əməkdar jurnalist Tahir Aydınoğlu akademikin həm elmi yaradıcılığından, həm də ölkənin ictimai-siyasi həyatında fəal iştirakından danışıblar. Ailə üzvləri, dostları, tələbə və iş yoldaşları isə xoş xatirələrini bölüşərək İsmayıl Hacıyevə möhkəm cansağlığı, yeni uğurlar, elmimizi zənginləşdirmək yolunda daimi fəaliyyət arzu ediblər.

Tədbirin sonunda çıxış edən akademik İsmayıl Hacıyev tədbirin yüksək səviyyədə təşkilinə görə doğma məbədgah olan Milli Kitabxananın rəhbərliyinə, onun gözəl və peşəkar kollektivinə və bütün tədbir iştirakçılarına təşəkkürünü bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:364
embedMənbə:https://sia.az
archiveBu xəbər 21 Yanvar 2026 18:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see393

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see378

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see309

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see308

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see302

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see229

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see227

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see209

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see207

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see205

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see198

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see186

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see182

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see180

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see177

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see171

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see168

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see167

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see167

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri