Akademik: Süni intellekt texnologiyalarının tətbiqi ilə böyük nailiyyətlər əldə edə biləri…
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 27 dekabr, AZƏRTAC Hazırda Azərbaycanda süni intellekt texnologiyalarının inkişafına və tətbiqinə xüsusi diqqət ayrmalıdır.
Bu texnologiya böyük imkanlara malikdir və onun tətbiqi ilə biz böyük nailiyyətlər əldə edə bilərik.Bu fikirləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Memarlıq və İnşaat Universitetinin İnformasiya texnologiyaları və sistemləri kafedrasının müdiri akademik Telman Əliyev deyib.
O qeyd edib ki, bu sahənin günümüzdə çox böyük əhəmiyyəti var: “Təhsildə, xüsusilə süni intellektin imkanlarından istifadə etməli və tələbələrə bu sahəni yaxşı tədris etməliyik.
Azərbaycanda bizim maraqlı olan sahələr – neftayırma, kənd təsərrüfatı, tikinti, energetika, yüngül sənaye və digər sahələri – intellektual informasiya texnologiya və sistemlərinin tətbiqilə müasirləşdirmək və təkmilləşdirmək əsas hədəflərimizdəndir.
Əgər biz bu addımları atmasaq, irəliləyiş əldə etdiyimiz sahələrdə geridə qala bilərik”.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu