Akademik: Süni intellekt texnologiyalarının tətbiqi ilə böyük nailiyyətlər əldə edə bilərik AZƏRTAC
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 27 dekabr, AZƏRTAC
Hazırda Azərbaycanda süni intellekt texnologiyalarının inkişafına və tətbiqinə xüsusi diqqət ayrmalıdır. Bu texnologiya böyük imkanlara malikdir və onun tətbiqi ilə biz böyük nailiyyətlər əldə edə bilərik.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Memarlıq və İnşaat Universitetinin İnformasiya texnologiyaları və sistemləri kafedrasının müdiri akademik Telman Əliyev deyib.
O qeyd edib ki, bu sahənin günümüzdə çox böyük əhəmiyyəti var: “Təhsildə, xüsusilə süni intellektin imkanlarından istifadə etməli və tələbələrə bu sahəni yaxşı tədris etməliyik. Azərbaycanda bizim maraqlı olan sahələr – neftayırma, kənd təsərrüfatı, tikinti, energetika, yüngül sənaye və digər sahələri – intellektual informasiya texnologiya və sistemlərinin tətbiqilə müasirləşdirmək və təkmilləşdirmək əsas hədəflərimizdəndir. Əgər biz bu addımları atmasaq, irəliləyiş əldə etdiyimiz sahələrdə geridə qala bilərik”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 27 Dekabr 2024 12:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















