Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Ən yaxın tariximiz göstərir ki, hakimiyyətin müxtəlif pillələrindəki, idarəetmə strukturlarındakı qohumluq əlaqələri korrupsiya və digər bəlalar üçün münbit şərait yaradır.
Bunun saysız-hesabsız nümunələri var və bunlardan biri də bu günlərdə yaşanmaqdadır..."2018-ci ildə mən sədr təyin olunanda aylıq 2 milyon 500 min dollar olmaqla, ilin sonuna qədər iki aya cəmi 5 milyon dollar çatdırdım.
2019-cu ildə də aylıq 2 milyon 500 min dollardan bir il üçün 30 milyon dollar vermişəm.
2020-ci ildə aylıq 2 milyon 800 min dollar oldu, illik cəmi 34 milyon dollar çatdırmışam.
2021-ci ildə isə aylıq təxminən 3 milyon 200 min dollardan olmaqla, bir il üçün 38 milyon 400 min dollar çatdırmışam.
2022-ci ildə artıq ayda 3 milyon 300 min idi. 10 ay ərzində 33 milyon yığılmışdı. Hamısı da çatdırılıb".
Bunları Naxçıvan Gömrük Komitəsinin sabiq sədri, AMEA prezidenti, akademik İsa Həbibbəylinin oğlu Səhhət Həbibbəyli istintaqa ifadəsində deyib.