Icma.az
close
up
RU
AKADEMİK VƏ GÖMRÜK MİLYONLARI Yaxud İsa Həbibbəyliyə bir neçə cümləlik “etika dərsi” AzPolitika onlayn siyasiictimai qəzet

AKADEMİK VƏ GÖMRÜK MİLYONLARI Yaxud İsa Həbibbəyliyə bir neçə cümləlik “etika dərsi” AzPolitika onlayn siyasiictimai qəzet

Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ən yaxın tariximiz göstərir ki, hakimiyyətin müxtəlif pillələrindəki, idarəetmə strukturlarındakı qohumluq əlaqələri korrupsiya və digər bəlalar üçün münbit şərait yaradır. Bunun saysız-hesabsız nümunələri var və bunlardan biri də bu günlərdə yaşanmaqdadır...

"2018-ci ildə mən sədr təyin olunanda aylıq 2 milyon 500 min dollar olmaqla, ilin sonuna qədər iki aya cəmi 5 milyon dollar çatdırdım. 2019-cu ildə də aylıq 2 milyon 500 min dollardan bir il üçün 30 milyon dollar vermişəm. 2020-ci ildə aylıq 2 milyon 800 min dollar oldu, illik cəmi 34 milyon dollar çatdırmışam. 2021-ci ildə isə aylıq təxminən 3 milyon 200 min dollardan olmaqla, bir il üçün 38 milyon 400 min dollar çatdırmışam. 2022-ci ildə artıq ayda 3 milyon 300 min idi. 10 ay ərzində 33 milyon yığılmışdı. Hamısı da çatdırılıb". Bunları Naxçıvan Gömrük Komitəsinin sabiq sədri, AMEA prezidenti, akademik İsa Həbibbəylinin oğlu Səhhət Həbibbəyli istintaqa ifadəsində deyib.

Həbibbəylinin dediyinə görə, razılaşma belə olub ki, toplanan pullardan hər ay onun özünə 40 min, müavinlərinə isə 10 min manat çatıb. Təbii ki, bunlar hələ onun öz boynuna aldıqlarıdır və real rəqəmlər daha yüksək ola bilər. Lakin hətta bu rəqəmlər belə, 140 milyon dollar civarında dövlət vəsaitinin mənimsənildiyini, oğurlandığını göstərir.

İsa Həbibbəylinin özü isə bundan əvvəl oğlu ilə bağlı suala cavab verərkən jurnalistləri etikasızlıqda günahlandırmışdı: "Mənim oğlumla, Naxçıvanda baş verənlərlə bağlı deməyə sözüm yoxdur. Hesab edirəm ki, övladla bağlı ataya sual verməyin özü etikaya sığmır". Əsl “akademik yanaşma”dır. Lakin belə görünür ki, nədənsə, akademik həmin bu “etika”nı öz oğluna öyrətməyib. Öyrətsəydi, yəqin ki, belə bir böyük korrupsiya əməlinə bulaşmaz, bunu nə özünə, nə də deputat, akademik, AMEA prezidenti atasına yaraşdırmazdı…

Deməli, belə çıxır ki, ölkə elminə rəhbərlik edən, buna qədər uzun illər deputat kimi Naxçıvanı Azərbaycan parlamentində təmsil edən akademikə oğlu barədə sual vermək etikadan kənardır, onun ən yaxın ailə üzvünün yüz milyonlarla dollarlıq korrupsiyada iştirak etməsi, hətta bu cinayətin əsas fiqurlarından biri olması və bütün bunlara akademikin bilə-bilə göz yumması isə etikdir. Görəsən, bütün Naxçıvanın bildiyi gömrük korrupsiyasını deputat və gömrük rəisinin atası bilməyə bilərdimi? Lap gözəl bilib! Nəinki bilib, hətta sözsüz ki, oğlunun gömrük generalı olması ilə fəxr edib, onun Naxçıvan gömrüyünə rəhbər vəzifələrə təyin olunması üçün öz əlaqələrindən, mövqeyindən, imkanlarından istifadə edib. Və kim tam əminliklə deyə bilər ki, İ.Həbibbəylinin özü də oğlunun oğurladığı pullardan hansısa formada bəhrələnməyib?

Nəhayət, S. Həbibbəyli AMEA prezidentinin oğlu olmasaydı, gömrük generalı, Naxçıvan gömrüyünün başçısı ola bilərdimi? Onun oğlu olmasaydı, indinin özündə bütün bu etiraflardan sonra belə azadlıqda qala bilərdimi?

Hazırda İ.Həbibbəyli Azərbaycan elminə rəhbərlik edir, yenə böyük elmi konfranslarda “akademik çıxışlar” edir, alimlərə “yol göstərir” və sair. Görəsən, hansı mənəvi haqla? Oğlu aşkar böyük korrupsioner kimi yetişən bir akademik Azərbaycanda necə alim, ziyalı, elm adamı yetişdirə bilər?

Etika davası aparan Həbibbəyli yaxşı bilir ki, sivil, etik normalara riayət olunan idarəçiliyə malik ölkələrdə yüksək vəzifəli şəxslər yaxın ailə üzvünün adı nəinki böyük, hətta kiçik korupsiya kimi cəmiyyət üçün ciddi təhlükə daşıyan cinayətlərdə hallandıqda dərhal istefa verirlər. İndi İ.Həbibbəylinin özü ictimai, siyasi etika nümunəsi göstərə, AMEA prezidentliyindən istefa verə bilər.

Buyursun, əsl etik ziyalı, alim, elm xadimi necə olur, göstərsin…

Amma çətin. Atalar yaxşı deyib, axı: “Ot öz kökü üstündə bitər”…

Cəlal Məmmədov

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 09 Yanvar 2025 13:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see276

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see249

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see181

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see176

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

19 Oktyabr 2025 19:10see138

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see133

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see129

Yəmən sahillərində tanker partladı: 24 ekipaj üzvü...

19 Oktyabr 2025 01:17see128

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

19 Oktyabr 2025 23:19see128

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see127

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

19 Oktyabr 2025 04:50see127

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see126

On dörd yaşlı futbolçu qız məktəbdəki zorakılığa görə intihar edib FOTO

19 Oktyabr 2025 04:02see126

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

19 Oktyabr 2025 04:05see126

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see125

Körpələrdə genetik xəstəliklərin aşkarlanması üçün ölkəyə 300 mindən çox test gətiriləcək

19 Oktyabr 2025 20:14see125

Luvr muzeyində Azərbaycan nəfəsi: Parisdə gənc rəssam Diana Quliyevanın əsərləri sərgilənir Foto

19 Oktyabr 2025 09:10see124

Ərdoğandan Şimali Kiprdə keçirilən prezident seçkilərinin ilkin nəticələrinə reaksiya

20 Oktyabr 2025 00:57see123

“Mən ABŞ ı təhlükəyə ata bilmərəm...”

19 Oktyabr 2025 19:18see119

Sofiya Universitetində “Azərbaycan suveren dövlətçilik yolunda” sərgisinin açılışı

19 Oktyabr 2025 06:45see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri