Kulis.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır. Kulis.az Nadir Yalçının yeni yazısını təqdim edir.
Özbəkistanın paytaxtı Daşkənddən iki qonaq gəlmişdi Bakıya. Ulucay Akifin dostları idilər, Tacikistanda hansısa tədbirdə tanış olublar; Şükü
Şükür ticarətlə məşğuldu, Kazım isə hava limanında işləyir.
Özbək qardaşlarımızın paytaxtımıza gəlişindən xəbər tutub bir miyanə məclis təşkil etdik.
Bir az Əlişir Nəvaidən, bir az Füzulidən, bir az Daşkənddəki bahalıqdan, siyasi vəziyyətdən, Bəşər Əsəddən, Nəsibə Abdullayevadan, “Qara göz boy-boy”dan, Leyla Şərifovadan, türk dünyasının ümummilli sənətkarlarından, özbək dilindən, rus dilindən, öz ana dilimizdən, dolmadan, tütəkdən, Vaqif Bayatlı Odərdən danışdıq.
Axırda sözüm bitdi, badımcan şorabasından söhbət saldım, dostlardan badımcanın rusca tərcüməsini xəbər aldım.
Bu sualıma himə bənd imişlər, hamısı bir ağızdan “baklacan!” dedi.
“Baklacan” deyiləndə gözümə işıq gəldi, bilmirəm səbəbi nədi, başqa dildə hansısa sözün öz dilimizdəki qarşılığı ilə oxşar olduğunu görəndə sevinirəm.