Icma.az
close
up
RU
Akif İslamzadəyə görə özbəklərin qabağında utandım Nadir Yalçın

Akif İslamzadəyə görə özbəklərin qabağında utandım Nadir Yalçın

Kulis.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Kulis.az Nadir Yalçının yeni yazısını təqdim edir.

Özbəkistanın paytaxtı Daşkənddən iki qonaq gəlmişdi Bakıya. Ulucay Akifin dostları idilər, Tacikistanda hansısa tədbirdə tanış olublar; Şükür və Kazım. Şükür ticarətlə məşğuldu, Kazım isə hava limanında işləyir.

Özbək qardaşlarımızın paytaxtımıza gəlişindən xəbər tutub bir miyanə məclis təşkil etdik. Bir az Əlişir Nəvaidən, bir az Füzulidən, bir az Daşkənddəki bahalıqdan, siyasi vəziyyətdən, Bəşər Əsəddən, Nəsibə Abdullayevadan, “Qara göz boy-boy”dan, Leyla Şərifovadan, türk dünyasının ümummilli sənətkarlarından, özbək dilindən, rus dilindən, öz ana dilimizdən, dolmadan, tütəkdən, Vaqif Bayatlı Odərdən danışdıq. Axırda sözüm bitdi, badımcan şorabasından söhbət saldım, dostlardan badımcanın rusca tərcüməsini xəbər aldım. Bu sualıma himə bənd imişlər, hamısı bir ağızdan “baklacan!” dedi.

“Baklacan” deyiləndə gözümə işıq gəldi, bilmirəm səbəbi nədi, başqa dildə hansısa sözün öz dilimizdəki qarşılığı ilə oxşar olduğunu görəndə sevinirəm. Yəqin, hansısa travmanın məhsuludu.

Əl-qərəz, danışdıqca danışdıq. Bu Şükür yaman çoxbilmişdi. İngiliscə də öyrənib, rusca da, az-çox azərbaycanca da. Bir dildə başa sala bilmədiyin nəsnəni başqa dildə izah edə bilirdin. Bilirsiz də, biz də “böyük qardaş sindromu”ndan əziyyət çəkirik axı, mən də bu xalqın bir nümayəndəsi kimi həmin sindromdan çıxış edərək yarı ingilis, yarı rus biliklərimlə ünsiyyət qurmaq istəyirdim. Şükür azərbaycanca cavab verib məni utandırırdı.

Söhbət gəlib “Fəridəm” mahnısından düşdü. Məlum oldu ki, bu özbək qardaşların “Fəridəm” mahnısından ötrü ürəkləri gedir. Nəsibə Abdullayevanın ifasında sözügedən mahnını çox seviblər. Mən də Yutubdan bizim görkəmli sənətkarımız Akif İslamzadənin ifasında “Fəridəm” mahnısını qoşdum, çox bəyəndilər. Çox böyük təntənə ilə sözə başladım: “On narodnıııy artistttt...” Ani olaraq səsim kəsildi. Cümləmin ardını gətirə bilmədim, söz tapmadım. Birdən yadıma düşdü ki, Akif İslamzadə Xalq artisti deyil, Əməkdar artistdir. Heç rusca Əməkdar artistin qarşılığını da bilmirdim. Bir anlıq utandım. Səsi ilə nəinki özbəkistanlını, elə hər kəsi məftun edəcək potensialda olan səs sahibinin ölkəmizdə ali fəxri ada layiq görülməməsi məni utandırdı. Akif İslamzadəyə görə nə qədər fəxr eləsəm də, bir o qədər utandım.

Söhbət başqa kiminsə fəxri ad almasından getmir. “Miri Yusif niyə Xalq artistidi, filankəs yox” kontekstində məsələyə yanaşmaq fayda verməz. Söhbət ayrı-ayrı şəxslərin yaradıcılıqlarına qiymət vermə meyyarlarının naməlum olmasından gedir. Bunun əsas səbəbkarları təqdimetmə prosesində iştirak edən şəxslərdir. Hamı bilir ki, fəxri ad Prezidentin Sərəncamı ilə verilir. Bunun üçün də müvafiq dairələrdən adlar təqdim olunur. Akif İslamzadə bu ölkədə mədəniyyəti təbliğ etməkdən başqa hansı pis işi görüb ki, ona Xalq artisti fəxri adı verilmir?

Akif İslamzadə sənətkar ailəsində dünyaya gəlib və özü də son 30 ildir səhhəti ilə bağlı oxumadığına baxmayaraq, sənətkar statusunu qazanıb. Bu sənətkar adını ona heç kim verməyib. İndi Xalq artisti adı üçün Akif İslamzadə daha nə etməlidi? Müvafiq qurumlar özlərini Akif İslamzadənin taleyi kimi aparır, susqun və etinasız.

Yazını qələmə alıdıqdan sonra öyrəndim ki, Akif İslamzadə heç Əməkdar artist belə deyilmiş...

***

Özbəkləri kirayələdiyimiz evə aparanda da Bakı haqqında xeyli danışdıq. Yaraşıqlı tikililər, dövlət əhəmiyyətli binalar, küçələr barədə qonaqlara məlumat verdik və nəhayət, Bakı Dövlət Sirkinin qarşısında dayandıq. Bayaqkı əzmlə əllərimi göyə qaldırıb pafosla uğuldadım: “Bakinski Qasudartsvinni Sirk…” Sirkimizin gözəlliyini, sirk işçilərimizin səriştəsini vəsf elədim. Belə məlum oldu ki, kirayələdiyimiz ev sirkin arxasındakı binada yerləşir və həmin binaya getmək üçün sirkin həyətindən keçmək lazımdı. Pilləkənlərə yaxınlaşanda dəhşətə gəldim; köhnəlmiş bina, uçulmağa hazır olan pilləkən... Özbəklər, əvvəlcə, ətrafa, sirkin binasına, pilləkənlərinə, sonra bir-birinə, sonda da mənə baxdılar. Özümü danladım, axı sənin nəyinə lazımdı sirk barədə danışmaq? Paytaxtın mərkəzində belə bir mədəni əhəmiyyətli binanın belə nimdaşlığına görə ancaq və ancaq utanmaq olar.

Sirk performansları ölkələrdən ən maraqla qarşılanan kütləvi tədbirlər siyahısındadır. Azərbaycanda da sirkə böyük maraq var. Bu qədər əzəmətli binalar tikilən, günü gündən gözəlləşən paytaxtımızda sirk üçün bir görkəmli bina təsis etmək belə çətindirmi?.. İndi gəl bu özbəklərə başa sal ki, biz mədəniyyətə, incəsənətə qarşı çox həssasıq, amma nədənsə sirkin binası yaddan çıxıb, qalıb sovetin dövründə...

***

Nəhayət, günün kulminasiyası barədə, ironik olsa da, kədərli situasiya barədə danışım. Özbəklər üçün kirayələdiyimiz evin yerləşdiyi məhlənin girişində küçənin adı həkk olunub və görkəmli sənətkarımızın adı məhz bu cür yazılıb: “Bül-bül”. Bəli, “Bülbül” yox, məhz “Bül-bül”. Tez Bülbülün “Sənsiz”i ifa etdiyi videonu qoşdum, özbəklər əcəb feyziyab oldular. Sənətkarımızın əsl adını, soyadını dedim, onun vaxtilə Özbəkistan səhnəsində “Koroğlu” operasını ifa etdiyi barədə danışdım, ermənilər tərəfindən güllələnə büstünü göstərdim, ev-muzeyinin işğaldan əvvəl, işğal dövründə və indiki vəziyyətinin fotolarını göstərdim. Feyziyab şəkildə başlarını yelləyib sənətkarın adını bu cür tələffüz etdilər: “Bül... bül...”. Dedim: “Bül... bül” yox, Bülbül”. Nə qədər illah elədim, elə hey belə dedilər: “Bül... bül”. Küçənin adını əks etdirən lövhədə “Bül-bül” şəklində yazıldığına görə, o yersiz və qüsurlu defis işarəsi ucbatından özbəklər Bülbülün adını düzgün tələffüz edə bilmədilər.

Restoran, küçə, müxtəlif iaşə obyektlərinin adındakı, küçədəki elanlar, afişalar, reklamlardakı dil xətaları Azərbaycan dilinə edilən hörmətsizlikdən başqa bir şey deyil. Şəhərin əsas küçələrindən birində bir sənətkarın adının yazılışında təhrif etmək hansı məsuliyyətsizliyin bədəlidir? Dil Komissiyası yaratdılar, qalaq-qalaq kitab çap elədilər, hansı təsiri oldu? Heç bir. Müvafiq qurumlardan komissiya təşkil edilməli, həmin komissiyanın üzvlərini də şəhərin canına salmaq lazımdır. Yoxsa hələ çox utancverici mənzərələr qarşımıza çıxacaq.

Lent.az

"O səs Türkiyə"nin münsiflər heyəti açıqlandı Yaponiyada Qara Qarayevin fortepiano əsərləri çap olunub “Həyatı sevirsənsə, vaxt itirmə” - Brüs Linin qeydləri
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:146
embedMənbə:https://kulis.az
archiveBu xəbər 20 Dekabr 2024 13:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see250

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see228

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see211

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see209

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see203

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see189

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see178

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see164

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see162

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see156

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see155

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see147

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see145

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see141

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see140

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see139

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see139

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see138

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see137

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri