AKP və CHPdən YAPın ildönümünə REAKSİYA | Icma.az
Icma.az, Modern.az saytına istinadən bildirir. Hakim Yeni Azərbaycan Partiyası (YAP) özünün 32 yaşını qeyd edib.
Bununla əlaqədar YAP-da bir sıra tədbirlər keçirilib, digər siyasi təşkilatlardan təbrik mesajları alınıb.
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasını parlamentdə təmsil edən deputat Şamil Ayrım, ana müxalifət olan Cümhuriyyət Xalq Partiyasının sədr müavini İlhan Üzgel YAP-ın 32-ci ildönümü ilə bağlı Modern.az-a danışıblar.
AKP-çi deputat Şamil Ayrım bildirib ki, YAP-la Ədalət və İnkişaf Partiyası arasındakı əlaqələr həm tarixi, həm də strateji baxımdan güclüdür: "AKP xüsusilə də 2000-ci illərdən Azərbaycana dəstəyini artırıb, hər iki ölkə arasında iqtisadi, mədəni və hərbi əlaqələr dərinləşib.
Prezidentlər İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan arasında möhkəm dostluq və siyasi işbirliyi var.
Hər iki partiya arasında əlaqələr sadəcə siyasi deyil, eyni zamanda regional sabitlik, enerji və iqtisadi sahələrdəki müştərək layihələrə dayanır.
Xüsusilə də 44 günlük Vətən müharibəsində Türkiyənin Azərbaycanla birlikdə hərəkət etməsi və 15 iyun 2022-ci ildə imzalanan Şuşa Bəyannaməsi Türkiyə-Azərbaycan əlaqələrini müttəfiqlik səviyyəsinə gətirib.
YAP qurulduğundan bu yana Azərbaycanın iqtisadi inkişafında önəmli rol oynayıb.
Tam oxu
Xəbəri oxu