Icma.az
close
up
RU
AKP və CHPdən YAPın ildönümünə REAKSİYA

AKP və CHPdən YAPın ildönümünə REAKSİYA

Icma.az, Modern.az saytına istinadən bildirir.

Hakim Yeni Azərbaycan Partiyası (YAP) özünün 32 yaşını qeyd edib. Bununla əlaqədar YAP-da bir sıra tədbirlər keçirilib, digər siyasi təşkilatlardan təbrik mesajları alınıb.

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasını parlamentdə təmsil edən deputat Şamil Ayrım, ana müxalifət olan Cümhuriyyət Xalq Partiyasının sədr müavini İlhan Üzgel YAP-ın 32-ci ildönümü ilə bağlı Modern.az-a danışıblar.

AKP-çi deputat Şamil Ayrım bildirib ki, YAP-la Ədalət və İnkişaf Partiyası arasındakı əlaqələr həm tarixi, həm də strateji baxımdan güclüdür:  
 

"AKP xüsusilə də 2000-ci illərdən Azərbaycana dəstəyini artırıb, hər iki ölkə arasında iqtisadi, mədəni və hərbi əlaqələr dərinləşib. Prezidentlər İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan arasında möhkəm dostluq və siyasi işbirliyi var. Hər iki partiya arasında əlaqələr sadəcə siyasi deyil, eyni zamanda regional sabitlik, enerji və iqtisadi sahələrdəki müştərək layihələrə dayanır. Xüsusilə də 44 günlük Vətən müharibəsində Türkiyənin Azərbaycanla birlikdə hərəkət etməsi və 15 iyun 2022-ci ildə imzalanan Şuşa Bəyannaməsi Türkiyə-Azərbaycan əlaqələrini müttəfiqlik səviyyəsinə gətirib.

YAP qurulduğundan bu yana Azərbaycanın iqtisadi inkişafında önəmli rol oynayıb. Neft və təbii qaz resurslarının düzgün formada istifadəsi, beynəlxalq investisyaların cəlb olunması və infrastrukturun gücləndirilməsi YAP hakimiyyəti zamanı daha da sürətlənib. Bununla yanaşı, YAP hakimiyyəti dövründə Azərbaycan "Dağlıq Qarabağ" konfliktini 2020-ci ildə qazandığı Zəfərlə həll edib və ərazi bütövlüyünü bərpa edib".

Ş.Ayrım YAP-ın 32-ci ildönümü münasibətilə partiyanın bütün üzvlərini təbrik edib: 


"Bu xüsusi gündə YAP-a uğurlarının davamını arzu edir, Azərbaycanın daha parlaq gələcəyə doğru irəliləməsinə olan töhfələri artırmasını diləyirəm. Partiya üzvlərinə, bütün Azərbaycan xalqına sülh, əmin-amanlıq və rifah dolu gələcək arzu edirəm".
 

Cümhuriyyət Xalq Partiyası (CHP) sədrinin müavini İlhan Üzgel Azərbaycanla əlaqələri inkişaf etdirməyə böyük əhəmiyyət verdiklərini deyib:

"Can Azərbaycanla əlaqələrin inkişafına partiyamız böyük əhəmiyyət verir. Azerbaycan son illərdə böyük iqtisadi inkişafa nail olub. Partiyamız bunu yaxından izləməkdədir. Azərbaycanın beynəlxalq sahədəki fəaliyyətindən məmnunuq.  COP29 konfransının Bakıda keçirilməsi Azərbaycan diplomatiyasının uğurudur".

Müsahibimiz CHP sədri Özgür Özellə Prezident İlham Əliyev arasında 8 noyabr Zəfər Günündə baş tutan telefon danışığını da xatırladıb.
"Həmin telefon danışığı olduqca səmimi atmosferdə keçib. Sədrimiz cənab İlham Əliyevin timsalında Azərbaycan xalqının Zəfər Gsnünü təbrik edib. Bu telefon danışığı partiyamızla Azərbaycan arasında bağları qüvvətləndirib".  

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:141
embedMənbə:https://modern.az
archiveBu xəbər 22 Noyabr 2024 13:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see346

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see330

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see325

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see324

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see323

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see294

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see289

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see281

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see264

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see256

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see243

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see238

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see236

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see214

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see205

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see194

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see189

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see188

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see187

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri