Icma.az, Cebheinfo saytına istinadən bildirir. “Göz əməliyyatından artıq 3 il keçib və bu müddətdə mən filmlərə çəkilə bilərdim.
Sağlamlığım isə əvvəlkindən daha da pis vəziyyətə düşüb. O həkim və o klinika mənim işimə baxmasın. O həkimin xidmətlərindən imtina edirəm”.
Bu sözləri “Cebheinfo.az”-a açıqlamasında aktyor Elşad Məmmədov deyib.
Aktyor Neftçilər Xəstəxanasında oftalmoloq Elşən İbrahimovun həyata keçirdiyi əməliyyatdan sonra vəziyyətinin daha da pisləşdiyini iddia edir: “Mən TƏBİB-ə müraciət etmişəm və bildirmişəm ki, həkimdən şikayətçiyəm.
Hələlik TƏBİB-dən dəqiq cavab yoxdur. Üç dəfə zəng ediblər, vəziyyətimi soruşublar.
Soruşdular ki, əməliyyatın təkrar olunmasını istəyirəm, yoxsa ödənilən məbləğin geri qaytarılmasını?
Mən də dedim ki, həkim mənə sağlamlığımı qaytarmayıbsa, ona əlavə olaraq pul vermişəm, onu ödəsin gedim başqa yerdə müalicə olunum.
Həmin pulu 3 il əvvəl ödəmişəm. İcbarı sığortadan əlavə, mən ona 400 manat da vermişdim.