Icma.az
close
up
RU
Aktyorla həkimin əməliyyat qalmaqalı: Quran gətirin

Aktyorla həkimin əməliyyat qalmaqalı: Quran gətirin

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

“Göz əməliyyatından artıq 3 il keçib və bu müddətdə mən filmlərə çəkilə bilərdim. Sağlamlığım isə əvvəlkindən daha da pis vəziyyətə düşüb. O həkim və o klinika mənim işimə baxmasın. O həkimin xidmətlərindən imtina edirəm”.

Bu sözləri “Cebheinfo.az”-a açıqlamasında aktyor Elşad Məmmədov deyib. 

Aktyor Neftçilər Xəstəxanasında oftalmoloq Elşən İbrahimovun həyata keçirdiyi əməliyyatdan sonra vəziyyətinin daha da pisləşdiyini iddia edir:

“Mən TƏBİB-ə müraciət etmişəm və bildirmişəm ki, həkimdən şikayətçiyəm. Hələlik TƏBİB-dən dəqiq cavab yoxdur. Üç dəfə zəng ediblər, vəziyyətimi soruşublar. Soruşdular ki, əməliyyatın təkrar olunmasını istəyirəm, yoxsa ödənilən məbləğin geri qaytarılmasını?

Mən də dedim ki, həkim mənə sağlamlığımı qaytarmayıbsa, ona əlavə olaraq pul vermişəm, onu ödəsin gedim başqa yerdə müalicə olunum. Həmin pulu 3 il əvvəl ödəmişəm. İcbarı sığortadan əlavə, mən ona 400 manat da vermişdim. TƏBİB-ə bütün detalları, həkimin etdiyi hər şeyi yazmışam. Müraciətimin sonunda qeyd etmişəm ki, əgər siz bu məsələdə mənə kömək etməsəniz, ali orqanlara müraciət edəcəyəm".

Aktyor 2022-ci ilin sentyabrında Neftçilər Xəstəxanasında mirvari suyu (katarakta) diaqnozu ilə əməliyyat olunub:

"Əməliyyatdan əvvəl həkim mənə dedi ki, həm mirvari suyu, həm də "toyuq korluğu" var. Üstəlik dedi ki, mirvari suyu "toyuq korluğu"dan daha təhlükəlidir. Ona görə də əməliyyatın vacib olduğunu bildirdi. Lakin sonradan internetdə araşdırma apardım və bir neçə həkimlə danışdım. Məlum oldu ki, "toyuq korluğu" (gözün gecə görmə zəifliyi) olan insanı əməliyyat etmək olmaz. 

Mən başa düşə bilmirəm ki, həmin həkim nəyə görə belə edib. Həkimin dediyinə görə, məndə "toyuq korluğu" irsi olaraq olub və bu yatmışdı. Əməliyyatdan sonra artıq 3 il keçib və bu müddətdə mən filmlərə çəkilə bilərdim. Sağlamlığım isə əvvəlkindən daha da pis vəziyyətə düşüb”.

Elşad Məmmədovun iddiasına görə, əməliyyatdan əvvəl həkimin köməkçiləri ona hər göz üçün icbari tibbi sığortadan əlavə, 200 manat ödəməli olduğunu bildiriblər: 

“Əməliyyatdan əvvəl həkimin köməkçiləri mənə dedilər ki, hər göz üçün icbari sığortadan əlavə 200 manat ödəməliyəm. Səbəb olaraq dedilər ki, mənə Amerika istehsalı olan linza qoyulacaq. Amma birinci əməliyyatdan sonra mənə verilən linzanın qablaşdırmasına baxdım, gördüm ki, üstündə Çin dilində yazılıb. 

Mən əməliyyatda olanda yoldaşıma kağıza imza çəkdiriblər. Sonradan xahiş etdim ki, ya mənə daha keyfiyyətli bir linza qoyulsun sağlamlığım bərpa olunmaq şərti ilə, və o həkim və həmin klinika mənim işimə baxmasın. O həkimin xidmətlərindən imtina etdiyimi bildirdim.

Onlar isə mənə dedilər ki, siz pulun qaytarılmasını istəyirsiniz? Mən də dedim ki, həkim mənim sağlamlığımı əlimdən alıb, üstəlik 400 manat əlavə pul da alıb. Bu pulu geri qaytarmalıdır. Mən gedib başqa bir klinikada, öz cibimin pulu ilə yeni bir linza alım”.

Aktyorun dediyinə görə, ən təəssüf doğuran məqamlardan biri həkimin onunla qeyri-etik şəkildə danışması olub:

“Həkim isə mənə deyir ki, get, əlindən gələni beş qaba çək, mənə heç nə edə bilməzsən. Sən əvvəl bundan da pis gündə idin, indi yaxşısan. Amma mən əməliyyatdan əvvəl “Bir gün sizdə, bir gün bizdə” verilişində qonaq olmuşdum. "YouTube"-da həmin verilişin videosu da var. O çəkilişdə 5 gün qonaqlıqda olmuşduq. Həmin verilişə baxsanız, mənim necə sərbəst şəkildə hərəkət etdiyimi görə bilərsiniz.

Həkimin adı Elşən İbrahimovdur. Mən bir dəfə onunla danışmaq üçün xəstəxanaya getdim. Lakin o, bizimlə kobud davrandı. Biz də baş həkimin yanına getdik. Baş həkim özü həkimlə danışdı. O da gəldi həkimlə danışmağa, amma sanki ovsunlandı. Həkim dedi ki, “Quran” gətirin, Elşad bəy əvvəllər daha pis vəziyyətdə idi, indi yaxşıdır. Amma mən özüm əvvəllər sərbəst şəkildə gəzirdim”.

Məsələ ilə bağlı Neftçilər Xəstəxanasının Mətbuat Xidmətinə sorğu ünvanlamışıq. 

Məsələ ilə bağlı Mərkəzi Neftçilər Xəstəxanasının Mətbuat Xidməti bunları deyib: 

“Xəstəxanamız dövlət tərəfindən ABŞ istehsalı olan “Alcon” linzaları ilə təmin olunur. Bu məhsullar saxta ola bilməz, çünki onları birbaşa dövlət təmin edir. “Alcon” Amerikanın ən yaxşı və tanınmış firmalarından biridir. İstəsəniz, bu barədə özünüz də araşdıra bilərsiniz. Hazırda xəstəxanamızda yalnız həmin linzalar mövcuddur, başqa linzamız yoxdur. Əgər sorğunu yazılı şəkildə təqdim etsəniz, məsələni araşdıraraq sizə rəsmi və ətraflı məlumat təqdim edə bilərik”. 

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Açar sözlər: Aktyor həkim TƏBİB

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 02 İyun 2025 18:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see296

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see237

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see211

Daha bir YANĞIN: ölən və xəsarət alanlar var

05 Dekabr 2025 10:59see197

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see193

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see184

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see179

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see177

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see176

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see174

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see153

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see151

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see149

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see138

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see135

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see135

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see132

Bakının mərkəzində bu küçəni su basdı VİDEO

05 Dekabr 2025 09:46see129

Donald Tramp əfsanəvi restlerin vida qarşılaşmasına canlı baxmaq istəyir

05 Dekabr 2025 05:07see127

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri