Albaniyada keçirilən beynəlxalq konfransda azərbaycanlı alimlərin məruzələri dinlənilib | …
Icma.az, Azertag portalına istinadən məlumat verir. Bakı, 23 oktyabr, AZƏRTAC Albaniyanın Elbasan şəhərində “Balkan, Anadolu, Qafqaz və Türk
Konfrans türkiyəli antropoloq-heykəltəraş, professor Mutluhan Taşa həsr olunub.
Tədbir Albaniyanın Aleksandr Covani Universiteti (Elbasan), Türkiyənin Adnan Menderes Universiteti (Aydın) və Azərbaycanın “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin (Bakı) birgə təşkilatçılığı ilə reallaşıb.Bu barədə AZƏRTAC-a “Miras” İctimai Birliyindən məlumat verilib.
Konfransda Azərbaycan, Türkiyə, Albaniya, Moldova, İtaliya, Özbəkistan, İran, İraq, Belarus, Rumıniya, Macarıstan, Şimali Makedoniya, Kosova və digər ölkələri təmsil edən 100-dən çox alim və tədqiqatçı elmi məruzələrlə çıxış edib.
Təşkilat Komitəsinin sədri dosent Əhməd Aytac bildirib ki, konfransın əsas məqsədi Balkan, Anadolu, Qafqaz və Türkistan coğrafiyasında incəsənət, mədəniyyət, tarix və folklor sahəsində fəaliyyət göstərən alim və tədqiqatçıları bir araya gətirmək, bu sahədəki son araşdırmaların və yeni nəşrlərin elmi ictimaiyyətə təqdim olunmasına əlverişli platforma yaratmaqdır.
Simpoziumun açılış mərasimində Təşkilat Komitəsinin Albaniyadan olan həmsədri dosent Mələk Şopi, Elbasan Aleksandr Covani Universiteti Humanitar Elmlər fakültəsinin dekanı professor Ardian Lami, Təşkilat Komitəsinin Azərbaycandan olan həmsədri tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli, Şimali Makedoniyadan olan həmsədri professor Rubin Zemon, Türk dünyası alimləri adından professor Şikar Qasımov, Türkiyə alimləri adından professor Handə Kılıçarslan, professor Mutluhan Taş və Moldova Komrat Dövlət Universitetinin rektoru Sergey Zaxariya çıxış ediblər.Açılış mərasimində dosent Əhməd Aytacın “Professor Mutluhan Taşın həyatı və elmi fəaliyyəti” mövzusunda məruzəsi dinlənilib.
Daha sonra dosent Mələk Şopi və Denada Çipi “S.E. Mann lüğətində türk sözləri, dillər arasında linqvistik əlaqələrə ümumi baxış”, professor
Konfransın 21 bölmə iclasında müxtəlif mövzularda məruzələr dinlənilib.
Tam oxu
Xəbəri oxu