Icma.az
close
up
RU
Albaniyada keçirilən beynəlxalq konfransda azərbaycanlı alimlərin məruzələri dinlənilib

Albaniyada keçirilən beynəlxalq konfransda azərbaycanlı alimlərin məruzələri dinlənilib

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 23 oktyabr, AZƏRTAC

Albaniyanın Elbasan şəhərində “Balkan, Anadolu, Qafqaz və Türkistan Coğrafiyası: İncəsənət, Mədəniyyət, Tarix və Folklor” mövzusunda V beynəlxalq konfrans və sərgi keçirilib. Konfrans türkiyəli antropoloq-heykəltəraş, professor Mutluhan Taşa həsr olunub. Tədbir Albaniyanın Aleksandr Covani Universiteti (Elbasan), Türkiyənin Adnan Menderes Universiteti (Aydın) və Azərbaycanın “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin (Bakı) birgə təşkilatçılığı ilə reallaşıb.

Bu barədə AZƏRTAC-a “Miras” İctimai Birliyindən məlumat verilib. Konfransda Azərbaycan, Türkiyə, Albaniya, Moldova, İtaliya, Özbəkistan, İran, İraq, Belarus, Rumıniya, Macarıstan, Şimali Makedoniya, Kosova və digər ölkələri təmsil edən 100-dən çox alim və tədqiqatçı elmi məruzələrlə çıxış edib.

Təşkilat Komitəsinin sədri dosent Əhməd Aytac bildirib ki, konfransın əsas məqsədi Balkan, Anadolu, Qafqaz və Türkistan coğrafiyasında incəsənət, mədəniyyət, tarix və folklor sahəsində fəaliyyət göstərən alim və tədqiqatçıları bir araya gətirmək, bu sahədəki son araşdırmaların və yeni nəşrlərin elmi ictimaiyyətə təqdim olunmasına əlverişli platforma yaratmaqdır.

Simpoziumun açılış mərasimində Təşkilat Komitəsinin Albaniyadan olan həmsədri dosent Mələk Şopi, Elbasan Aleksandr Covani Universiteti Humanitar Elmlər fakültəsinin dekanı professor Ardian Lami, Təşkilat Komitəsinin Azərbaycandan olan həmsədri tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli, Şimali Makedoniyadan olan həmsədri professor Rubin Zemon, Türk dünyası alimləri adından professor Şikar Qasımov, Türkiyə alimləri adından professor Handə Kılıçarslan, professor Mutluhan Taş və Moldova Komrat Dövlət Universitetinin rektoru Sergey Zaxariya çıxış ediblər.

Açılış mərasimində dosent Əhməd Aytacın “Professor Mutluhan Taşın həyatı və elmi fəaliyyəti” mövzusunda məruzəsi dinlənilib. Daha sonra dosent Mələk Şopi və Denada Çipi “S.E. Mann lüğətində türk sözləri, dillər arasında linqvistik əlaqələrə ümumi baxış”, professor Rubin Zemon “Balkan və Türkiyə arasında yaddaş mədəniyyəti”, professor Qafar Cəbiyev, professor Luici Skrinzi, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli və Məleykə Hüseynova isə “MİM – Mədəni İrs Beynəlxalq Ustad Məktəbi inteqrativ təhsil modeli kimi” mövzularında məruzələr ediblər.

Konfransın 21 bölmə iclasında müxtəlif mövzularda məruzələr dinlənilib. Tədbirdə “Qədim Qəbələ – UNESCO-nun Dünya İrsi Siyahısına namizəd göstərilmiş unikal arxeoloji şəhər”, “Sular altında qalan orta əsr Azərbaycan şəhərləri”, “XX əsrin əvvəllərində Naxçıvanda sosial-siyasi vəziyyət”, “AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan hekayətlər”, “Elbasanlı Dərviş Osman Sinəçakın Əlyazmalar İnstitutunda saxlanılan “Gülşəni-İrfan” əsəri”, “Qobustanda yeni texnologiyaların tətbiqi və onların mədəni turizmə təsiri”, “Müasir Koreya nəsrində sosial transformasiya və tərcümə problemləri: Hyon Jin-Geon, Na Do-Hyang və İ.Munun yaradıcılığı əsasında” “Azərbaycan Xalq Cümhuriyyəti ədəbi, bədii və sosial-siyasi qurumların fəaliyyətləri üçün geniş şərait yaratmışdır” və digər mövzularda məruzələr dinlənilib.

Konfrans çərçivəsində incəsənət sərgisi də təşkil olunub. Sərgidə ölkəmizi Mədəniyyət Nazirliyi “Orta əsr Ağsu şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğundan bərpaçı-heykəltəraş Vüqar Quliyev, Azərbaycan Milli Xalça Muzeyindən bərpaçı Sonaxanım Kərimova, Salyan Uşaq Gənclər İnkişaf Mərkəzindən Sevinc Bünyatova təmsil edib.

Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunub. Konfrans iştirakçıları Elbasan qalası və Elbasan Etnoqrafiya Muzeyində ekskursiyada iştirak ediblər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:78
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Oktyabr 2025 11:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see236

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see215

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see207

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see198

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see195

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see180

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see173

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see161

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see152

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see149

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see147

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see144

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see143

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see140

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see136

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see132

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see132

Əhaliyə texniki kartof satılır? ARAŞDIRMA

21 Yanvar 2026 03:54see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri