Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Rusiya -Ukrayna müharibəsinin başlanmasında və indiyədək uzanmasında Rusiya və Ukrayna qədər Qərb – Amerika və Avropa da məsuliyyət daşıyır.
Rusiya Avropa və NATO-ya meyllənən Ukraynanı ram etmək, əlinin altında olan marionet dövlətə (təxminən, Belarusiya tipli) çevirmək istəyirdi və niyyətini gizlətmirdi.
Ukrayna da Pribaltika yolu ilə getməyi üstün tutdu və Qərbə inteqrasiyanı seçdi.
Kiyev NATO-nun üzvü olmaq, Rusiya əsarətindən canını biryolluq qurtarmaq istəyirdi.
Qərb isə Rusiyanı müharibəyə çəkmək və onu Ukrayna ərazisində məhv etməyi planlaşdırırdı.
2014-cü ildə Rusiya öz niyyətini qismən həyata keçirdi. Krımda yalançı referendum təşkil etdi və yarımadanı ilhaq etdi.
Bu zaman Qərb sadəcə müşahidəçi mövqe tutdu və Rusiya – Ukrayna qarşıdurması aktiv fazaya – müharibəyə keçmədi.