Icma.az
close
up
RU
Aldanmış Ukrayna və ya Qərbin müharibə şousu Rusiyanı niyə məğlub edə bilmirlər? TƏHLİL KONKRET

Aldanmış Ukrayna və ya Qərbin müharibə şousu Rusiyanı niyə məğlub edə bilmirlər? TƏHLİL KONKRET

Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Rusiya -Ukrayna müharibəsinin başlanmasında və indiyədək uzanmasında Rusiya və Ukrayna qədər  Qərb – Amerika və Avropa da  məsuliyyət daşıyır. Rusiya Avropa və NATO-ya meyllənən Ukraynanı ram etmək, əlinin altında olan  marionet  dövlətə (təxminən, Belarusiya tipli) çevirmək istəyirdi və niyyətini gizlətmirdi. Ukrayna da Pribaltika yolu ilə getməyi  üstün tutdu və Qərbə inteqrasiyanı seçdi. Kiyev  NATO-nun üzvü olmaq, Rusiya əsarətindən canını biryolluq qurtarmaq istəyirdi. Qərb isə Rusiyanı müharibəyə çəkmək və onu Ukrayna ərazisində məhv etməyi planlaşdırırdı.  2014-cü ildə Rusiya öz niyyətini qismən həyata keçirdi. Krımda yalançı referendum təşkil etdi və yarımadanı ilhaq etdi. Bu zaman Qərb sadəcə müşahidəçi mövqe tutdu və Rusiya – Ukrayna qarşıdurması aktiv fazaya – müharibəyə keçmədi.

Sonrakı dövrdə başda ABŞ  olmaqla, bütün Qərb dünyası, onun siyasi institutları və beynəlxalq təşkilatları  bu qarşıdurmanı körükləməyə başladı. Diqqətli oxucuların yəqin yadında olar, aparıcı ekspertlər və mütəxəssislər Rusiyanın Ukraynaya müdaxilə etməyəcəyini, Vladimir Putinin belə bir təhlükəli addımdan çəkinəcəyini vurğuladığı bir vaxtda, ABŞ-nin  və Böyük Britaniyanın xarici kəşfiyyat orqanları Rusiyanın Ukraynaya hücum edəcəyi ayı və hətta günü açıqlayırdı. Bu, bir növ “dəlinin yadına daş salmaq” kimi bir şey idi. Putinə açıq mesaj verirdilər ki, “bu meydan, bu da şeytan”… Bir yandan da Ukraynaya böyük vədlər verir,  NATO-ya, Aİ-yə “dəvət” edir, Rusiyanın tələblərini rədd etməyə təhrik edirdilər. Artıq üç ilə yaxındır ki, Ukrayna ərazisində qanlı müharibə gedir. Qərb dünyası isə, aktiv seyrçi mövqedədir. Ukraynaya vaxtı keçmiş, taktiki əhəmiyyətini itirmiş köhnə silahlar verməkdə, Rusiyaya qarşı, faktiki olaraq, effektsiz iqtisadi sanksiyalar tətbiq etməkdədir. Nəticələr də göz qabağındadır: Rusiya, hələ ayaqdadır, Ukrayna isə batır, dağılır…

Artıq ABŞ-nin, Avropanın bəzi siyasətçiləri, siyasi analitikləri, iqtisadçı ekspertləri də təsdiq edir ki, Qərbin Rusiyaya qarşı sanksiyaları heç bir əhəmiyyət vermir. Hazırda Rusiya özünün nəhəng neft, qaz, qızıl və almaz ehtiyatlarını satmaqda və faktiki olaraq, iqtisadi göstəricilərini yaxşılaşdırmaqdadır. Hətta Asiyanın və Afrikanın anti-Qərb meyilli böyük dövlətləri ilə yaxınlaşmaqda və anti-dollar birliyi yaratmaqdadır. Bəli, Qərbin Rusiyanı Ukraynada müharibəyə cəlb etmək və batırmaq fikri uğursuz bir layihə idi. Əvvəla, Amerika və Avropa öz iqtisadi və hərbi imkanlarını hədsiz qiymətləndirirdi və dünyada Çin, Hindistan, İran, Rusiya və s. kimi güclü rəqiblərin olduğunu görmək istəmirdi. Tarix göstərdi ki, Rusiyanı məğlub etmək  mümkün deyil. İndi  nə zaman həmin zaman, nə məkan həmin məkandır. Müasir Rusiya ərazisi sonsuz, xalqı yenilməz, iqtisadiyyatı tükənməz olan nəhəng bir nüvə dövlətidir. İndi hətta öz aralarında tam razılıq olmayan Qərb dövlətləri  Rusiyaya nə edə bilər, məcazi desək, külək, hətta fırtına dağdan nə qopara bilər?!

Ukraynaya gəlincə, dünya xəritəsində qalsa da, artıq dağılmaqda və strateji resurslarını itirməkdədir. Məlum olduğu kimi, hər bir dövləti qüdrətli edən onun strateji resursları – xalqı, torpağı, iqtisadiyyatı və silahlı qüvvələridir. Ukraynanın artıq 15 milyondan çox qaçqını, bir milyondan çox real insan itkisi var. Ərazisinin az qala, yarısı işgala məruz qalmış, iqtisadiyyatının böyük bir hissəsi məhv edilmişdir. Ölkə əhalisinin yarısı işsizdir. Ukraynanın silahlı qüvvələrinə gəlincə, bu, həddindən artıq şişirdilən, reallığa uyğun olmayan bir mifdir. Bu mifik qüvvələrin bütün cəbhələrdə hücuma keçməsi, qalib gəlməsi isə, Qərb təbliğatının nəticəsidir, arzuların reallıq kimi qələmə verilməsidir. Avropanın və Amerikanın köhnə silahları ilə silahlanmış, faktiki olaraq, heç bir döyüş təcrübəsi olmayan Ukrayna əsgərləri I və II Çeçen müharibəsindən, “qaynar” nöqtələrdən keçmiş, Əfqanıstan və Suriya təcrübəsi olan generalların rəhbərlik etdiyi Rusiya muzdlularına qarşı döyüşür. Ukraynanın Rusiya ilə müharibədə məğlubiyyətini, böyük itkilər verdiyini hətta ukraynalı mütəxəssislər də təsdiq edir.

Burda təbii ki, şəxsiyyətlərdən, Ukrayna və Rusya liderlərindən bir-iki kəlmə deməsək olmaz. Zira, tarixi şəxsiyyətlər yaradır. Rusiyaya hakimiyət, idarəçilik sahəsində çox səriştəli, regional və lokal müharibələrdə çox təcrübəli, faktiki olaraq, Rusiyanın parçalanmasına son qoymuş ağıllı, amansız və qətiyyətlibir siyasətçi – Vladimir Putin rəhbərlik edir. Mən Putinin fanatı deyiləm, ona simpatiyam da yoxdur, amma obyektivlik xatirinə, bunları deməliyəm. Ukraynanın lideri isə, heç bir idarəçilik təcrübəsi olmayan, burnuna barıt iyi dəyməyən, gündəmdə qalmağı həyatının yeganə mənası hesab edən adi bir məzhəkəçidir. Amma siyasət teatr səhnəsi deyil, heç sirk məzhəkəsi də deil, bu, hamının hamını aldatdığı, hamının hamını udmaq istədiyi bir qumar stoludur. Burda böyük ağıl, pul və təcrübə qalib gəlir. Ukrayna lideri Vladimir Zelenskidə isə, bunların heç biri yoxdur. Amma o da arzusuna çatır, uduzmaqla gündəmdə qalır.

Və son olaraq… Rusia -Ukrayna müharibəsi uzanır, sonu görünmür. Rusiyanı məğlub etmək olmur, Ukrayna isə, batır, dağılır. Ukraynanı nə NATO-ya qəbul edən, nə də Aİ-ə dəvət edirlər. SOS siqnalı çalmağın vaxtı keçir. Amerikanın yeni Prezidenti Donald Tramp da bu qanlı müharibəni dərhal dayandırmagı, şərtsiz-filansız sülh danışıqlarına başlamağı, bir sözlə, Ukraynanı təcili xilas etməyi təklif edir. Əks halda, Ukrayna hardasa Belorusiyanın(bəlkə Çeçenistanın?) taleyini yaşayacaqdır. Qərbə Avropanın mərkəzində daha bir Belorusiya lazımdır?!

Qalib Arif,

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://konkret.az
archiveBu xəbər 14 Yanvar 2025 14:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see330

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see254

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see208

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see202

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see188

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see171

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see142

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see140

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see138

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see135

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see132

Neymar və het trik

04 Dekabr 2025 09:17see131

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see130

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see129

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see127

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see126

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see124

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see123

Hərbçi olmaq üçün 160 sm boy kifayətdir YENİ QƏRAR

04 Dekabr 2025 08:11see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri