Icma.az, Footbal-plus saytına istinadən bildirir. Son olaraq Türkiyə təmsilçisi ''Antalyaspor''u çalışdıran Aleks de Souzadan yeni və sürpri
''Football-plus.az'' xəbər verir ki, ötənlərin məşhur futbolçusu məşqçi karyerasını erkən bitirmək qərarına gəlib.
Belə ki, Aleks ''Koritiba''nın futbol direktoru vəzifəsinə təyin olunub.
Artıq bu klubun gələcəyi ilə bağlı bütün strateji qərarları məhz Aleks verəcək.
''Koritiba''nın səhmlərinin 90 faizinə sahib olan ''Treecorp'' şirkətinin rəsmiləri ilə keçirdiyi toplantının ardından Aleks rəsmən öz doğma klubunun futbol direktoru seçilib.Ümumiyyətlə, daha iddialı bir kluba çevrilmək istəyən ''Koritiba''da rəhbərlik səviyyəsində ciddi dəyişikliklər baş verib.
Buna qədər ''İnternasyonal''da çalışan Andre Matsuko Qabriel Limanın ayrılmasından sonra ''Koritiba''da idarə heyətinin yeni sədri seçilib.
Aleksin baş məşqçiliklə birdəfəlik vidalaşması, yoxsa müvəqqəti olaraq özünü başqa vəzifədə sınamaq istəməsi barədə dəqiq məlumat yoxdu.
115 illik tarixə malik ''Koritiba''nın Braziliya futbolunda o qədər də ciddi uğurları yoxdu. Bu klub son olaraq 2023-cü ilə elitada oynayıb.