Icma.az
close
up
RU
Aleks məşqçilik sahəsindən uzaqlaşıb özünə yeni iş tapdı

Aleks məşqçilik sahəsindən uzaqlaşıb özünə yeni iş tapdı

Icma.az, Footbal-plus saytına istinadən bildirir.

Son olaraq Türkiyə təmsilçisi ''Antalyaspor''u çalışdıran Aleks de Souzadan yeni və sürpriz bir xəbər var.
''Football-plus.az'' xəbər verir ki, ötənlərin məşhur futbolçusu məşqçi karyerasını erkən bitirmək qərarına gəlib.
Belə ki, Aleks ''Koritiba''nın futbol direktoru vəzifəsinə təyin olunub. Artıq bu klubun gələcəyi ilə bağlı bütün strateji qərarları məhz Aleks verəcək. ''Koritiba''nın səhmlərinin 90 faizinə sahib olan ''Treecorp'' şirkətinin rəsmiləri ilə keçirdiyi toplantının ardından Aleks rəsmən öz doğma klubunun futbol direktoru seçilib.
Ümumiyyətlə, daha iddialı bir kluba çevrilmək istəyən ''Koritiba''da rəhbərlik səviyyəsində ciddi dəyişikliklər baş verib. Buna qədər ''İnternasyonal''da çalışan Andre Matsuko Qabriel Limanın ayrılmasından sonra ''Koritiba''da idarə heyətinin yeni sədri seçilib. Aleksin baş məşqçiliklə birdəfəlik vidalaşması, yoxsa müvəqqəti olaraq özünü başqa vəzifədə sınamaq istəməsi barədə dəqiq məlumat yoxdu. 115 illik tarixə malik ''Koritiba''nın Braziliya futbolunda o qədər də ciddi uğurları yoxdu. Bu klub son olaraq 2023-cü ilə elitada oynayıb.
Aleks hər nə qədər ''Fənərbaxça''nın əfsanəsi hesab olunsa da, ''Koritiba'' da onun karyerasında xüsusi yer tutur. Əslən Koritibadan olan ''sambaçı''nın peşəkar karyerası həm bu klubda başlayıb, həm də bu klubda bitib. Qeyd edək ki, məşqçilik karyerasına ''San Paulu''nun U-20 komandasında başlayan, daha sonra ''Avai''ni çalışdıran Aleks bu mövsümün əvvəlində Türkiyəyə gələrək ''Antalyaspor''un başına keçmiş və yanvarda istefaya göndərilmişdi.
Komanda onun başçılığı altında keçirdiyi 24 rəsmi oyundan 12 qələbə, 3 heç-heçə, 9 məğlubiyyətlə ayrılmışdı.
ƏLİ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:268
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 21 Mart 2025 14:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see333

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see316

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see275

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see271

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see259

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see254

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see251

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see241

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see240

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see235

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see218

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see217

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see215

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see208

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see203

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see199

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see190

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri