525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas Xədicə Həmidovadır.
Onunla məşhur rus rəssamı Orest Kiprenskinin "Aleksandr Puşkinin portreti" - "Mən ki gözəl deyildim!" əsəri haqqında danışmışıq.
XIX əsrin birinci yarısı rus mədəniyyətində qızıl dövr kimi qiymətləndirilir.
Bu dövrdə yaşayıb-yaradan məşhur rəssamlardan biri də Orest Kiprenski olub. Orest Kiprenski 1782-ci ildə doğulub.
Bioqrafiyası sirlərlə dolu olan bu rəssam haqqında hələ həyatda ikən çoxlu əfsanələr dolaşırdı.
Ən geniş yayılmış versiyaya görə, onun atası mülkədar, anası isə təhkimçi qadın olmuşdu.
Dövrün qanunlarına görə, onların rəsmi nikah bağlaması mümkün deyildi.