Aleksey: “Minimum məqsədə çatdıq”

29.07.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.

“Sabah”ın yarımmüdafiəçisi Aleksey İsayev  Çempionlar Liqasının II təsnifat mərhələsində “KuPS”a qalib gəldikləri oyundan sonra klubun saytına açıqlama verib.

Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi 2:0 hesabıyla bitən matçla bağlı bunları deyib:

“Çətin oyun alındı. İlk hissə daha çox uyğunlaşma dövrü idi. Oyuna girirdik, süni örtüyə uyğunlaşırdıq. Buna görə də ən yaxşı formamızı göstərə bilmədik. Baş məşqçi fasilədə bizə bəzi təlimatlar verdi. Özümüzü toparladıq və ən yaxşı oyunumuzu oynamağa başladıq.

Şanslarımızdan istifadə etdik. Avrokuboklarda əsas mərhələyə vəsiqə qazanmaq kimi minimum məqsədə çatdıq. Klubun tarixində yeni bir səhifə yazdıq. Amma təkcə bununla kifayətlənməyəcəyik, davam edəcəyik”.

“Sabah” Çempionlar Liqasının III təsnifat mərhələsində “Lex” (Polşa) – “Orxus” (Danimarka) cütünün qalibi ilə qarşılaşacaq. Bu komandaların ilk oyununda poznanlılar qələbə qazanıb – 4:1.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью