Aleksey: “Minimum məqsədə çatdıq”
Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.
“Sabah”ın yarımmüdafiəçisi Aleksey İsayev Çempionlar Liqasının II təsnifat mərhələsində “KuPS”a qalib gəldikləri oyundan sonra klubun saytına açıqlama verib.
Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi 2:0 hesabıyla bitən matçla bağlı bunları deyib:
“Çətin oyun alındı. İlk hissə daha çox uyğunlaşma dövrü idi. Oyuna girirdik, süni örtüyə uyğunlaşırdıq. Buna görə də ən yaxşı formamızı göstərə bilmədik. Baş məşqçi fasilədə bizə bəzi təlimatlar verdi. Özümüzü toparladıq və ən yaxşı oyunumuzu oynamağa başladıq.
Şanslarımızdan istifadə etdik. Avrokuboklarda əsas mərhələyə vəsiqə qazanmaq kimi minimum məqsədə çatdıq. Klubun tarixində yeni bir səhifə yazdıq. Amma təkcə bununla kifayətlənməyəcəyik, davam edəcəyik”.
“Sabah” Çempionlar Liqasının III təsnifat mərhələsində “Lex” (Polşa) – “Orxus” (Danimarka) cütünün qalibi ilə qarşılaşacaq. Bu komandaların ilk oyununda poznanlılar qələbə qazanıb – 4:1.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 29 İyul 2026 13:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















