Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və diplomatik məharəti nəticəsində Kəlbəcər qan …
Icma.az xəbər verir, Sonxeber.az saytına əsaslanaraq. "Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və diplomatik məharəti nəticəsində Kəlbəcər
İşğal zamanı rayonun 511 dinc sakin öldürülmüş, 321 nəfər əsir götürülmüş və itkin düşmüşdür.
İşğal nəticəsində Kəlbəcərin əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur olmuşdur.
Həmçinin erməni qəsbkarlarının işğalı nəticəsində rayonun onlarla tarixi-mədəniyyət abidəsi, məktəblər, uşaq bağçaları, kitabxanalar, klub və mədəniyyət evləri, tarix-diyarşünaslıq muzeyi, xəstəxanalar, tibbi məntəqələri və yüzlərlə inzibati bina və mənzillər talan edilmiş, dağıdılmış və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınmışdır".
Bunu Sonxeber.az-a danışan deputat Pərvanə Vəliyeva bildirib.
Deputat qeyd edib ki, müharibə dövründə BMT Təhlükəsizlik Şurasının 30.04.1993-cü il tarixli 822 saylı Qətnaməsində işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın bütün digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunsa da, lakin rəsmi İrəvan həmin Qətnaməni icra etməmiş və beynəlxalq təşkilatlar isə onun icrasını tələb etməmişdir: "Əksinə, BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin məskunlaşdırılmasına başlanılmışdır.
Bütün bu haqsız davranışlara baxmayaraq, 2020-ci il "Vətən müharibəsi" zamanı Kəlbəcərin şimal hissəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğalçılardan azad edilmişdir.
Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edilmişdir.
Tam oxu
Xəbəri oxu