Icma.az
close
up
RU
Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və diplomatik məharəti nəticəsində Kəlbəcər qan tökülmədən geri qaytarıldı DEPUTAT

Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və diplomatik məharəti nəticəsində Kəlbəcər qan tökülmədən geri qaytarıldı DEPUTAT

Icma.az xəbər verir, Sonxeber.az saytına əsaslanaraq.

"Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və diplomatik məharəti nəticəsində Kəlbəcər qan tökülmədən geri qaytarıldı" - DEPUTAT

Kəlbəcər şəhəri 2 aprel 1993-cü ildə qəsbkar ermənilər tərəfindən işğal edilmişdir. İşğal zamanı rayonun 511 dinc sakin öldürülmüş, 321 nəfər əsir götürülmüş və itkin düşmüşdür. İşğal nəticəsində Kəlbəcərin əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur olmuşdur. Həmçinin erməni qəsbkarlarının işğalı nəticəsində rayonun onlarla tarixi-mədəniyyət abidəsi, məktəblər, uşaq bağçaları, kitabxanalar, klub və mədəniyyət evləri, tarix-diyarşünaslıq muzeyi, xəstəxanalar, tibbi məntəqələri və yüzlərlə inzibati bina və mənzillər talan edilmiş, dağıdılmış və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınmışdır".

Bunu Sonxeber.az-a danışan deputat Pərvanə Vəliyeva bildirib.

Deputat qeyd edib ki, müharibə dövründə BMT Təhlükəsizlik Şurasının 30.04.1993-cü il tarixli 822 saylı Qətnaməsində işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın bütün digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunsa da, lakin rəsmi İrəvan həmin Qətnaməni icra etməmiş və beynəlxalq təşkilatlar isə onun icrasını tələb etməmişdir:

"Əksinə, BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin məskunlaşdırılmasına başlanılmışdır.

Bütün bu haqsız davranışlara baxmayaraq, 2020-ci il "Vətən müharibəsi" zamanı Kəlbəcərin şimal hissəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğalçılardan azad edilmişdir. Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edilmişdir. İmzalanmış 10 npyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata əsasən 15 noyabr tarixində Kəlbəcərin təhvil verilməsi qərarlaşdırılsa da Ermənistan tərəfinin Rusiya vasitəsilə Azərbaycandan xahişi ilə bu müddət 25 noyabr tarixinə qədər uzadılmışdır. Buna səbəb olaraq isə ərazi relyefinin mürəkkəb olması, ərazinin böyüklüyü və humanizmin göstərilməsi idi".

Deputat vurğulayıb ki, məğlubiyyətlə barışa bilməyən erməni əhalisi bölgədə Azərbaycana qarşı ekoloji terror fəaliyyətlərini həyata keçirmişdir:

"Ərazini tərk edən ermənilər evləri ilə yanaşı meşələri də yandırmışlar. Nəhayət 25 noyabr 2020-ci il tarixində Kəlbəcər rayonu işğaldan azad edilmiş, Azərbaycan Respublikasının Silahlı Qüvvələri rayona daxil olmuş və nəzarəti ələ almışdır".

Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, hərbi qələbəni həm də siyasi qələbəyə çevirən diplomatik məharəti nəticəsində Kəlbəcər qan tökülmədən, şəhid verilmədən geri qaytarılmışdır. Azərbaycan Ordusu olduqca çətin relyefə, sərt iqlimə malik olan Kəlbəcərə şəhid vermədən, bir güllə atmadan daxil olmuşdur.

Müharibə bitdikdən sonra ölkə başçısı cənab İlham Əliyevin müvafiq sərəncamı ilə 2020-ci il noyabrın 26-da "Kəlbəcərin azad olunmasına görə" medalı təsis edilmiş və Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 9455 hərbi qulluqçusu həmin medal ilə təltif edilmişdir".

Deputat söyləyib ki, prezident cənab İlham Əliyev 16 avqust 2021-ci ildə Kəlbəcər şəhərinə gələrək Azərbaycan bayrağını şəhərdə dalğalandırmışdı:

"Həmin ilin sentyabrında Kəlbəcərdə hərbi prokurorluğun binası, o cümlədən çörək sexi istifadəyə verilmiş, 26 iyun 2022-ci ildə isə Kəlbəcərdə İstisu mineral su zavodunun təməli qoyulmuşdur. Bundan sonra Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 25 noyabr Kəlbəcər şəhəri günü kimi müəyyən olunmuşdur.

Hazırda Kəlbəcər şəhərində yaşayış məhəlləsi 3,26 hektar ərazidə layihələndirilib. Yaşayış məhəlləsinin konsepsiyası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə icra olunan Baş plan layihəsi çərçivəsində hazırlanıb. Dördmərtəbəli 3 və ikimərtəbəli 10 yaşayış binasının inşası nəzərdə tutuan məhəllədə - 112 mənzildə ümumilikdə 460 nəfərdən çox sakinin yaşayacağı nəzərdə tutulub.

Ölkə başçısının xüsusi tapşırığına əsasən Kəlbəcər şəhərində bir sıra infrastrukturun yenidən qurulması, Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisi həyata keçirilir. Həmçinin, rayon ərazisində 3,4 meqavatlıq kiçik su elektrik stansiyası tam yenidən qurulub. Rayonun qərbində Tərtər çayı üzərində yerləşən 8,33 meqavat gücündə "Çıraq-1" və 5,3 meqavat gücündə olan "Soyuqbulaq", Qaraarxac çayı üzərində 3,6 meqavat gücündə "Çıraq-2" Kiçik Su Elektrik stansiyaları "AzərEnerji" ASC tərəfindən tamamilə yenidən qurulmuşdur.

Qeyd edim ki, Prezident cənab İlham Əliyev bu məqsədlərlə Kəlbəcər şəhərinə bir neçə dəfə səfər etmiş, yenidənqurma işlərində, təməlqoyma mərasimlərində və açılışlarda iştirak emiş, şəhərdə mövcud yaşayış üçün əlaverişli şəraitlərlə tanış olmuş və həyata keçirilməsi nəzərdə tutulan plan əsasında Kəlbəcər şəhərinin daha da abadlaşdırılması və inkişafı məqsədilə öz töhvə və tapşırıqlarını vermişdir.

Kəlbəcər haqqında danışarkən, ilk öncə rayonun ərazisində mövcud olan sənaye əhəmiyyətli sərvətlərimiz, xüsusilə də qızıl, civə yataqları, mişar daşı istehsalına yararlı tuf yatağı, kərpic istehsalına yararlı gil yatağı, həmçinin perlit yatağı, üzlük daş yatağı, gözəl dekorativliyə malik mərmər oniksi nefroid yatağı və ən əsası da təbii mineral sular yada düşür. Təbiətin Kəlbəcərə bəxş etdiyi min bir nemətdən biri, bizi dünyaya tanıdan və neçə milyon insanı sağaldaraq həyata qaytaran dirilik suyu – İSTİSU-dur. Kəlbəcər rayonu ərazisində yerləşən İstisu mineral suları əlverişli qaz və kimyəvi tərkibinə, yüksək temperaturuna, böyük təbii ehtiyatlarına görə xüsusilə fərqlənir".


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://sonxeber.az
archiveBu xəbər 24 Noyabr 2024 09:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see195

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see187

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see151

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

19 Oktyabr 2025 19:10see145

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see141

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see141

Ərdoğandan Şimali Kiprdə keçirilən prezident seçkilərinin ilkin nəticələrinə reaksiya

20 Oktyabr 2025 00:57see139

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see134

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

19 Oktyabr 2025 23:19see132

Körpələrdə genetik xəstəliklərin aşkarlanması üçün ölkəyə 300 mindən çox test gətiriləcək

19 Oktyabr 2025 20:14see131

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see131

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see130

İş adamı hava limanında həbs edildi

20 Oktyabr 2025 20:43see128

“Mən ABŞ ı təhlükəyə ata bilmərəm...”

19 Oktyabr 2025 19:18see128

Rıbin və həyat yoldaşı öləcəkləri halda tək oğul övladlarına təlimatlar tərtib ediblər...

20 Oktyabr 2025 00:18see127

Əməkdar artist Yadigar Muradovun vəziyyəti stabilləşib

19 Oktyabr 2025 18:49see127

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see126

Oyundan sonra duş qəbul edə bilmədilər Atletiko dan UEFA ya şikayət

21 Oktyabr 2025 00:12see126

Elmar Məmmədyarovdan açıqlama: “Kimin qarın ağrısı varsa, adımı hallandırır”

19 Oktyabr 2025 21:04see125

Qara zirə yağı: Hər dərdin dərmanı

20 Oktyabr 2025 05:06see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri