Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ali Məhkəmə yol-nəqliyyat hadisəsilə bağlı cinayət işi üzrə mühüm qərar qəbul edib.
Bu qərar ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə ittiham olunan şəxsin işi üzrə qəbul edilib.Bizimyol.info xəbər verir ki, yol-nəqliyyat hadisəsini törətməkdə təqsirləndirilən şəxsə ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə ittiham verilib.İttihama görə, o, etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan avtomobillə Sumqayıtda yolu keçən piyadanı ehtiyatsızlıqdan vurub.
Nəticədə zərərçəkmiş hadisə yerində keçinib. Sürücü isə hadisə yerindən qaçıb.Məhkəmədə şəxs özünü təqsirli bilməyib.
Birinci instansiya məhkəməsi işi araşdıraraq, təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadığı qənaətinə gəlib.
Hər iki maddə üzrə ona bəraət verib. Apellyasiya instansiya məhkəməsi də hökmü qüvvədə saxlayıb.Dövlət ittihamçısı kassasiya protesti ilə Al
Ali Məhkəmənin hakimləri hesab edib ki, şəxsə CM-in 263.2-ci maddəsi ilə bəraət verməkdə aşağı instansiya məhkəməsində qərar verən hakimlər
Ali Məhkəmənin hakimləri hesab edir ki, şəxsin əməlində həm CM-in 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddəsinin, həm də 143-cü (