Icma.az
close
up
RU
Ali Məhkəmədən mühüm qərar: Sürücü ölümlə nəticələnən qəza törədirsə, bu hal da mütləq araşdırılmalıdır...

Ali Məhkəmədən mühüm qərar: Sürücü ölümlə nəticələnən qəza törədirsə, bu hal da mütləq araşdırılmalıdır...

Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ali Məhkəmə yol-nəqliyyat hadisəsilə bağlı cinayət işi üzrə mühüm qərar qəbul edib. Bu qərar ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə ittiham olunan şəxsin işi üzrə qəbul edilib.

Bizimyol.info xəbər verir ki, yol-nəqliyyat hadisəsini törətməkdə təqsirləndirilən şəxsə ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə ittiham verilib.

İttihama görə, o, etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan avtomobillə Sumqayıtda yolu keçən piyadanı ehtiyatsızlıqdan vurub. Nəticədə zərərçəkmiş hadisə yerində keçinib. Sürücü isə hadisə yerindən qaçıb.

Məhkəmədə şəxs özünü təqsirli bilməyib. Birinci instansiya məhkəməsi işi araşdıraraq, təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadığı qənaətinə gəlib. Hər iki maddə üzrə ona bəraət verib. Apellyasiya instansiya məhkəməsi də hökmü qüvvədə saxlayıb.

Dövlət ittihamçısı kassasiya protesti ilə Ali Məhkəməyə müraciət edib, bəraətin ləğvini istəyib.

Ali Məhkəmə araşdırmalardan sonra belə qənaətə gəlib ki, kassasiya protesti qismən təmin edilməlidir. Ali Məhkəmənin hakimləri hesab edib ki, şəxsə CM-in 263.2-ci maddəsi ilə bəraət verməkdə aşağı instansiya məhkəməsində qərar verən hakimlər də haqlı olublar.

Lakin ikinci maddə - hadisə yerindən qaçma məsələsində Ali Məhkəmə fərqli nəticəyə gəlib. Ali Məhkəmənin hakimləri hesab edir ki, şəxsin əməlində həm CM-in 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddəsinin, həm də 143-cü (təhlükədə qoyma) maddəsinin tərkib əlamətləri olduqda, şəxs xüsusi norma olan CM-in 264-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilməli, əgər şəxsə CM-in 263-cü maddəsi ilə bəraət verildikdə və məhz bu səbəbdən həmin şəxsin əməlində CM-in 264-cü maddəsinin tərkib əlamətlərinin olmaması qənaətinə gəlindikdə, bu zaman onun əməlində hazırkı vəziyyət üzrə ümumi norma olan CM-in 143-cü maddəsinin tərkib əlamətlərinin olub-olmaması məsələsi müzakirə edilməlidir.

Nəzərə almaq lazımdır ki, CM-in 143-cü maddəsində nəzərdə tutulmuş cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, həmin əməlin törədilməsi nəticəsində təhlükəli vəziyyətdə olan və özünü qorumaq üçün tədbir görmək imkanından məhrum olan zərərçəkmiş şəxsin həyatı və sağlamlığı təhlükə altına alınmış olur. Belə əmələ görə cinayət məsuliyyətinin nəzərdə tutulması müxtəlif səbəblərdən öz təhlükəsizliyini təmin edə bilməyən şəxslərin labüd təhlükədən qorunmasına yönəlib.

CM-in 143-cü maddəsinin sanksiyası CM-in 264-cü maddəsinin sanksiyasından daha yüngül olduğundan, əməlin CM-in 264-cü maddəsindən CM-in 143-cü maddəsinə tövsif olunması irəli sürülmüş ittihamın məzmunu və cəzaya münasibətdə şəxsin vəziyyətinin ağırlaşdırılmasına səbəb olmayacaq.

Birinci instansiya məhkəməsi kimi, apellyasiya instansiyası məhkəməsi də, hazırki iş üzrə həqiqətin müəyyən edilməsi məqsədilə mühüm əhəmiyyətə malik olan sübutların araşdırılmasından imtina edərək, həm də, araşdırılmış sübutlara CPM-in 143-146-cı maddələrinin tələb etdiyi kimi, mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verməyib, şəxsin CM-in 264-cü maddəsi ilə də təqsirsiz olması barədə nəticəyə gələrkən, kifayət etməyən sübutlara əsaslanıblar.

Bu baxımdan Ali Məhkəmənin Cinayət Kollegiyasının qərarı ilə kassasiya protesti qismən təmin edilib. Qərar, şəxsə Cinayət Məcəlləsinin 264-cü maddəsi (hadisə yerindən qaçma) ilə bəraət verilməsi hissəsində ləğv edilib. Cinayət işi həmin hissədə yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilib.

Aytən, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:59
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 06 Mart 2025 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see237

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see223

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see216

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see210

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see200

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see196

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see182

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see174

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see165

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see162

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see150

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see144

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see141

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see139

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see135

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see135

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri