Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır. Milli.Az Azərbaycan Müəllimi qəzetinə istinadla Çingiz Səfərlinin yazısını təqdim
İnsan ömrü 60-65, uzağı 70-75 ildir. Onun da ən gözəl çağları, yəqin ki, uşaqlıq, ilk gənclik və gənclik illərinə təsadüf edir.
Amma biz nə edirik? Uşaq məktəbdən gələn kimi əlavə hazırlıqlara göndəririk ki, "sən mütləq ən yüksək nəticə ilə ali təhsil müəssisəsinə dax
Ona görə də uşaqların ən gözəl çağlarını əllərindən almış oluruq.
Gün boyu o hazırlıqdan bu hazırlığa, ondan o birinə gedir və axşam gec saatlarda gəlib evə çatır.
Və növbəti gün də həmin ssenari təkrarlanır. Demirəm, uşaq vaxtını tamamilə boş keçirsin.
Amma akademik nailiyyət üçün xərclənən bu qədər vaxtı maraq dairəsinə uyğun digər bacarıqlar əldə etməyə sərf etməsi daha yaxşı olmazmı?
Məsələn, elə götürək musiqi sahəsini. Şərt deyil ki, uşaq virtuoz ifaçı olsun.