Icma.az
close
up
RU
Menu

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Saça yapışan saqqızdan qurtulmağın yolları

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

Ali məktəbə qəbul uğrunda savaş: itirilən uşaqlıq, plansız gələcək

Ali məktəbə qəbul uğrunda savaş: itirilən uşaqlıq, plansız gələcək

Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.

Milli.Az Azərbaycan Müəllimi qəzetinə istinadla Çingiz Səfərlinin yazısını təqdim edir
Uzun illərdir ki, repetitorluq məsələsinin gündəmdən düşməməsi, məktəblilərin sanki bir yarışa təşviq edilməsi aktual olaraq qalır.

İnsan ömrü 60-65, uzağı 70-75 ildir. Onun da ən gözəl çağları, yəqin ki, uşaqlıq, ilk gənclik və gənclik illərinə təsadüf edir. Amma biz nə edirik? Uşaq məktəbdən gələn kimi əlavə hazırlıqlara göndəririk ki, "sən mütləq ən yüksək nəticə ilə ali təhsil müəssisəsinə daxil olmalısan". Ona görə də uşaqların ən gözəl çağlarını əllərindən almış oluruq. Gün boyu o hazırlıqdan bu hazırlığa, ondan o birinə gedir və axşam gec saatlarda gəlib evə çatır. Və növbəti gün də həmin ssenari təkrarlanır. Demirəm, uşaq vaxtını tamamilə boş keçirsin. Amma akademik nailiyyət üçün xərclənən bu qədər vaxtı maraq dairəsinə uyğun digər bacarıqlar əldə etməyə sərf etməsi daha yaxşı olmazmı? Məsələn, elə götürək musiqi sahəsini. Şərt deyil ki, uşaq virtuoz ifaçı olsun. Ən azından onun musiqi ruhu formalaşar, mədəni səviyyəsi yüksələr, yaradıcılıq tərəfi də inkişaf etmiş olar.

Bu gün məktəblilər Azərbaycan bəstəkarlarını, heykəltaraşlarını, rəssamlarını, mədəniyyət xadimlərini tanımırlar.

Yaxud fərqli idman sahələrinə, peşə istiqamətlərinə yönəltməklə yaxşı bir idmançı, gələcəyin bacarıqlı bir ustasını yetişdirmiş olarıq.

Amma biz nə edirik? Deyirik ki, yox, sən bu 3-5 fənni mənimsəyib ali təhsil almalısan.

Yaxşı, görək aldığı ali təhsil müəssisələrinə qəbul üçün əladə etdiyi bilik nə qədər qalıcı və faydalı olur?

İnanın ki, uzağı ali təhsilinin ilk semestrinin sonunda oxuduğu hər şey yadından çıxır. Çünki əldə etdiyi bilik də qalıcı deyil. Xüsusən də humanitar fənlər üzrə.

Ədəbiyyat hansısa şairin doğum və ölüm tarixlərini öyrənmək, əsərlərinin adlarını əzbərləmək deyil. Belə olsaydı, bu məlumatlar ədəbiyyat fənninin tərkibində deyil, tarix dərslərində tədris olunardı. Əgər uşaq ölkəsinin şair və yazıçılarının əsərlərini mütaliə etmirsə, bir şeir belə yaddaşında saxlamırsa, aldığı ədəbiyyat biliyi mənasız informasiya yığınından başqa bir şey olmur.

Eləcə də şagird tarix imtahanından keçə bilmək üçün bir müharibənin ilindən digərinin ilinin çıxılmasını tələb edən suallara hazırlaşır. Axı bu, tarix fənnidir, riyaziyyat deyil. O əzbərlədikləri tarixlər də əvvəl-axır yaddaşından silinəcək. Əgər dövlətlərin yaranma, dağılma səbəblərini, dövrün hökmdarlarının, tarixi şəxsiyyətlərinin apardıqları islahatları, dövrün mədəni, siyasi proseslərini analiz etmək qabiliyyəti olmayacaqsa, hansısa bir tarixi hadisə barədə sonradan danışmağa bir fikri olmayacaqsa, o tarix nəyinə lazımdır?

Yaxud da götürək informatikanı... Çox təəssüf ki, hazırkı imtahan proseslərində, istər bakalavriat, istər magistratura səviyyəsinə qəbul mərhələsində praktiki bacarıqları tam yoxlamaq olmur. "Microsof Word"ün filan pəncərəsinin filan tabında hansı əmrlərin olduğunu bilib bilməməsi nəyi dəyişir? İnformatika praktiki bir sahədir. Şagird kompüter qarşısında bu proqramları işlədə bilirsə, yaxud hansısa kodlaşdırma dilində nəsə hazırlamaq potensialı varsa, bu, kifayət etmirmi? Əzbərçiliyin bu günə qədər bir faydasını görən, eşidən olubmu?

Həmçinin götürək hansısa xarici dili, məsələn ingilis dilini. Dilin qrammatikasını əzbərləyib bütün testləri düz yazıb, lakin yekunda bu dildə danışa bilmirsə, o məlumat toplusu şagirdin nəyinə gərəkdir? Maraqlısı budur ki, ana dilindən 10 sualı cavablandıran abituriyentlərin ingilis dilindən 15-16, hətta daha çox suala düzgün cavab verdiyini görürük. Bu necə mümkün ola bilər? Belə çıxır ki, şagirdlərimiz ingilis dilini ana dillərindən yaxşı bilirlər? Nəyə lazımdır, axı məktəb dərsliyində ana dilinin o qədər qəliz qrammatikası və çaşdırıcı suallar? Bu mənada bir çox fənlər üzrə bəzi mövzuların orta təhsil proqramlarından çıxarılıb ali təhsil proqramlarına salınması daha yaxşı olardı.

Aydındır ki, hər uşağın potensialı eyni deyil. Hər uşaq yüksək akademik nəticə əldə edə bilməz. Hər uşaq gələcəkdə müəllim, hüquqşünas, tarixçi, həkim ola bilməz. Kimi yaxşı sənətkar, kimi yaxşı dizayner, kimi dülgər, mebel ustası, rəssam, heykəltaraş, musiqiçi ola bilər. Axı cəmiyyətimizin bütün sahələrdən kadrlara ehtiyacı var. Ən əsası şagird seçdiyi ixtisasın gələcəyini bilməli, hesablanmış addım atmalıdırlar. Özünü gələcəkdə o sahədə görüb görmədiyini öncədən fikirləşməlidir və ya bu istiqamətdə ona sağlam tövsiyələr verilməlidir.

Məktəb sadəcə akademik bilik vermir. Məktəbin vəzifəsi sadəcə ali təhsil müəssisəsinə abituriyent hazırlamaq deyil. Məktəbin yaxşı və ya pis olması bu statistika ilə ölçülməməlidir. Elə olsaydı, sovet dövründə əksər məktəblər ləğv edilərdi. Çünki bir məktəbdən hər il uzağı 1-2 uşaq ali təhsil müəssisəsinə daxil olurdu.

"Bu gün ödənişli də olsa, birtəhər hansısa ali təhsil müəssisəsinə daxil olsun, diplom alsın, sonra bir yol açılar", - düşüncəsi ilə övladlarımızın gələcəyini öz əllərimizlə məhv edir, həm uşaqlıqlarını, həm sağlamlıqlarını, həm də gələcəklərini əllərindən alırıq. Gəlin bir az da bu haqda düşünək. Başqalarının bəhsinə uşaqları sevmədikləri sahələrə yönləndirməkdənsə, sevdikləri, uğurlu ola biləcəkləri sahələr barədə fikirləşək. Hamımız Nizami Gəncəvinin "Kamil bir palançı olsa da insan, Yaxşıdır yarımçıq papaqçılıqdan" misralarını əzbər bilir, amma nədənsə icra etmək istəmirik. İllərdir ki, qəlibləşən "Əlində diplom olsun" fikri öz aktuallığını itirib. İndi ali təhsil diplomlu bacarıqsız bir mütəxəssis olmaqdansa, hansısa bir peşənin peşəkarlarına daha çox üstünlük verilir.

Unutmayaq ki, 21-ci əsr innovasiyalar əsri olmaqla yanaşı, bacarıqlar əsridir. Gəlin bir bacarıq əldə edək. Çünki istəsək də, hamımız həkim, hamımız hüquqşünas ola bilməyəcəyik.
Milli.Az 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 21 Aprel 2025 20:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see287

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see226

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see220

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see218

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see214

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see208

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see206

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see201

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see200

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see191

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see188

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see177

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see169

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see159

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see156

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see155

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see154

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see153

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see149

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri