Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Müstəqillik dövründə Azərbaycanın təhsil sistemi mühüm islahatlar mərhələsindən keçib.
Keyfiyyətli və əlçatan təhsil modelinin formalaşdırılması istiqamətində əhəmiyyətli addımlar atılıb.
Bir çox kənd və rayonlarda yeni məktəblər tikilib, mövcud təhsil ocaqları isə yenidən qurulub.
Statistik məlumatlara əsasən, son illər ərzində 900-dən artıq məktəb yenidən təmir edilib və bu proses hər il davam etdirilir".
SİA xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə müsahibəsində söyləyib.
E.Əmrullayev bildirib ki, ən diqqətəlayiq məqam, əvvəllər məktəbi olmayan 70-dən çox kənddə yeni təhsil müəssisələrinin inşasıdır: “Bu layihələr regionların sosial-iqtisadi inkişafını təmin etmək, hər bir vətəndaşın təhsil hüququnu qorumaq məqsədinə xidmət edir.
Bu cür təşəbbüslər Azərbaycanın gələcək nəsillərinin milli-mənəvi dəyərlərə bağlı, eyni zamanda, qlobal trendlərə uyğun bilik və bacarıqlara yiyələnməsinə şərait yaradır.