Icma.az
close
up
RU
Ali təhsil sahəsində də mühüm irəliləyişlər qeydə alınıb

Ali təhsil sahəsində də mühüm irəliləyişlər qeydə alınıb

Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Müstəqillik dövründə Azərbaycanın təhsil sistemi mühüm islahatlar mərhələsindən keçib. Keyfiyyətli və əlçatan təhsil modelinin formalaşdırılması istiqamətində əhəmiyyətli addımlar atılıb. Bir çox kənd və rayonlarda yeni məktəblər tikilib, mövcud təhsil ocaqları isə yenidən qurulub. Statistik məlumatlara əsasən, son illər ərzində 900-dən artıq məktəb yenidən təmir edilib və bu proses hər il davam etdirilir". SİA xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə müsahibəsində söyləyib.

E.Əmrullayev bildirib ki, ən diqqətəlayiq məqam, əvvəllər məktəbi olmayan 70-dən çox kənddə yeni təhsil müəssisələrinin inşasıdır: “Bu layihələr regionların sosial-iqtisadi inkişafını təmin etmək, hər bir vətəndaşın təhsil hüququnu qorumaq məqsədinə xidmət edir. Bu cür təşəbbüslər Azərbaycanın gələcək nəsillərinin milli-mənəvi dəyərlərə bağlı, eyni zamanda, qlobal trendlərə uyğun bilik və bacarıqlara yiyələnməsinə şərait yaradır.

Ali təhsil sahəsində də mühüm irəliləyişlər qeydə alınıb. Ulu Öndər Heydər Əliyevin təhsilin inkişafına dair strateji baxışı əsasında Azərbaycan gənclərinin xaricdə təhsil almasına dəstək verilib. Bu məqsədlə xaricdə təhsil üzrə dövlət proqramları həyata keçirilir. Xarici ölkələrdə təhsil alan gənclər ölkəyə qayıtdıqdan sonra müxtəlif sahələrdə elmi-texniki biliklərini tətbiq edərək milli inkişaf prosesinə töhfə verirlər. Bu siyasət Azərbaycanın ali təhsil sisteminin beynəlxalq standartlara uyğunlaşmasına, ölkənin intellektual potensialının artırılmasına səbəb olub”.

E.Əmrullayev diqqətə çatdırıb ki, işğaldan azad edilmiş ərazilərdə təhsil infrastrukturunun bərpası da prioritet məsələlərdəndir: “Bölgədə müasir tədris standartlarına cavab verən məktəblərin inşası sürətlə davam edir. Azad edilmiş ərazilərdə qurulan məktəblər müasir tədris vasitələri ilə təchiz edilir və şagirdlərin rahat təhsil alması üçün hər cür şərait yaradılır. Bu, “Böyük Qayıdış” proqramı çərçivəsində insanların doğma torpaqlarına qayıdışına mühüm dəstək verir.

Məktəblərdə tərbiyə məsələləri xüsusi diqqət mərkəzindədir. Şagirdlərin davranışı ilə bağlı yaranan hallar qanunvericilik çərçivəsində araşdırılır. Əgər qanun pozuntusu müəyyən olunarsa, məsələ hüquq-mühafizə orqanlarına yönləndirilir. Şagirdlər arasındakı münasibətlərin sağlam və dostyana olması üçün məktəblərdə psixoloji dəstək xidmətləri təkmilləşdirilir. Bütün bu islahatlar təhsil sahəsində şəffaflığın təmin edilməsi, müəllim və şagirdlərin hüquqlarının qorunması və Azərbaycan təhsilinin beynəlxalq səviyyədə rəqabətədavamlı olması məqsədi daşıyır. Nazirlik təhsilin keyfiyyətini artırmaq üçün müvafiq tədbirlər görür və bu istiqamətdə ictimaiyyətlə mütəmadi dialoqu təmin edir. Azərbaycanın təhsil siyasətinin əsas məqsədi gənc nəslin savadlı, vətənpərvər, elmi biliklərə və müasir texnologiyalara yiyələnmiş vətəndaş kimi yetişdirilməsidir. Bu, ölkənin müstəqilliyinin əbədi olması, onun davamlı inkişafına töhfə vermək baxımından strateji əhəmiyyət daşıyır".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:129
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 12 Dekabr 2024 12:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see384

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see381

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see359

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see352

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see339

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see332

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see308

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see283

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see265

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see258

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see241

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see237

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see231

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see222

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see215

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see212

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see206

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see196

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see192

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri