Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.
İqtisad elmləri doktoru, professor Zahid Məmmədovun TV1 kanalındakı çıxışı geniş müzakirələrə səbəb olub.
O bildirib ki, hazırda professorların 1 saatlıq mühazirə haqqı 20–30 manat təşkil etdiyi halda, heç bir fəxri adı və elmi statusu olmayan, yalnız “TikTok” platforması vasitəsilə məşhurlaşan müğənnilər toylara 1 saatlıq çıxış üçün 20–25 min manata dəvət olunurlar.
Professorun bu fikirləri sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Onu haqlı hesab edənlər də var, fikirləri ilə razılaşmayanlar da.
Globalinfo.az-a danışan Milli Məclisin deputatı Aqil Abbas deyib ki, bu gün müğənnilər və xanəndələr toylara çox yüksək qiymətlə gedirlər: “Kimin büdcəsi hansı müğənninin təklif etdiyi məbləğə uyğundursa, onu dəvət edir.
İstəyən çağırır, istəməyən çağırmır. Müğənnilərin öz çıxışları üçün müəyyən etdikləri tariflər olur.
Professorlar isə iş saatlarına uyğun maaş alırlar və alimlərin əməkhaqqı başqa qaydada hesablanır.
Professorların toylara gedib mahnı oxuması mümkün deyil. Buna görə də bu cür müqayisələr düzgün deyil. Xarici ölkələrdə də eyni vəziyyətdir.