Icma.az
close
up
RU
Alim bunun üçün 30 manat, müğənni 25 min manat istəyir Aqil Abbasdan reaksiya

Alim bunun üçün 30 manat, müğənni 25 min manat istəyir Aqil Abbasdan reaksiya

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

İqtisad elmləri doktoru, professor Zahid Məmmədovun TV1 kanalındakı çıxışı geniş müzakirələrə səbəb olub. O bildirib ki, hazırda professorların 1 saatlıq mühazirə haqqı 20–30 manat təşkil etdiyi halda, heç bir fəxri adı və elmi statusu olmayan, yalnız “TikTok” platforması vasitəsilə məşhurlaşan müğənnilər toylara 1 saatlıq çıxış üçün 20–25 min manata dəvət olunurlar.

Professorun bu fikirləri sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Onu haqlı hesab edənlər də var, fikirləri ilə razılaşmayanlar da.

Globalinfo.az-a danışan Milli Məclisin deputatı Aqil Abbas deyib ki, bu gün müğənnilər və xanəndələr toylara çox yüksək qiymətlə gedirlər:

“Kimin büdcəsi hansı müğənninin təklif etdiyi məbləğə uyğundursa, onu dəvət edir. İstəyən çağırır, istəməyən çağırmır. Müğənnilərin öz çıxışları üçün müəyyən etdikləri tariflər olur. Professorlar isə iş saatlarına uyğun maaş alırlar və alimlərin əməkhaqqı başqa qaydada hesablanır. Professorların toylara gedib mahnı oxuması mümkün deyil. Buna görə də bu cür müqayisələr düzgün deyil.

Xarici ölkələrdə də eyni vəziyyətdir. Məsələn, Tarkanın, yaxud Maykl Ceksonun konsert qiymətləri professor maaşı ilə ölçülə bilməz. Professorların maaşı dövlətin büdcəsi hesabına formalaşır. Doğrudur, alimlərin əməkhaqqısı azdır və biz də onun artırılmasını istəyirik. Elmə fayda verən professorların maaşları kifayət etmir, nəticədə ürəklə işləyə və elmi araşdırmalar apara bilmirlər”.

A.Abbas qeyd edib ki, bu məsələdə professorların da rolu var:

“Professor 20–30 manata mühazirə deməsin. Qoy desin ki, mən 1 saatlıq mühazirəyə görə 100 manat istəyirəm. Razılaşsalar oxusun, razılaşmasalar imtina etsin. Professor öz dəyərini bilməli, buna uyğun davranmalıdır. Əgər az maaşa razı olmasa və belə davam etsə, universitetlər bağlanacaq, çünki tədris dayanacaq. Bu zaman məcbur qalıb alimlərin istəkləri ilə hesablaşacaqlar.

Məmməd Səid Ordubadinin XII əsri əhatə edən “Qılınc və Qələm” romanında maraqlı bir məqam var: Nizami Gəncəvi əyləşib, qarşısında rəqqasələr oynayır. Kimsə deyir ki, rəqqasələrə verilən pulun bir faizini belə sənə vermirlər. Görün, söhbət XII əsrdən gedir, yəni bu hal indi deyil, tarixən də mövcud olub”.

Safura Bənnayeva
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 05 Dekabr 2025 17:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see317

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see257

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see220

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see209

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see203

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see195

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see187

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see185

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see181

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see172

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see170

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see161

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see158

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see149

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see146

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see141

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see138

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see132

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see131

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri