Alim Qasımov nəvəsinin sözlərinə şərh verməyib: Müzakirələrə heç baxmıram

23.01.2026

Icma.az, Mia.az portalına istinadən məlumatı açıqlayır.

Bildiyimiz kimi, bir neçə gün əvvəl Xalq artisti Alim Qasımovun nəvəsi Mövlanənin toy mərasimi baş tutub.

Mia.az xəbər verir ki, toydan yayılan görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. 

Xüsusilə Alim Qasımovun nəvəsinin "Bu günə kimi gözüm heç nədə qalmayıb, ailəm hər şeyimi yüksək səviyyədə təmin edib. Eyni rahatlığı, gözəlliyi Fəriddən də tələb edirəm və arzulayıram. Ümid edirəm ki, o da mənə nəyi necə edim dedirtməyəcək", - sözləri qıcıq yaradıb.

Xalq artisti Alim Qasımov “cebheinfo.az”-a açıqlamasında nəvəsinin sözlərinə şərh verməyib: “Mən o müzakirələrə heç baxmıram və eşitmirəm. Bu barədə yalnız onu deyə bilərəm ki, Allah xoşbəxt eləsin. Allah cəmi balaları, cəmi nəvələri xoşbəxt eləsin, mənim də balalarım və nəvələrim onların içində. Allah ölkəmizi qorusun, ölkəmiz əmin-amanlıq içində olsun. Allah sizdən də razı olsun, diqqətinizə görə minnətdaram

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью