Alim Qasımov nəvəsinin sözlərinə şərh verməyib: Müzakirələrə heç baxmıram
Icma.az, Mia.az portalına istinadən məlumatı açıqlayır.
Bildiyimiz kimi, bir neçə gün əvvəl Xalq artisti Alim Qasımovun nəvəsi Mövlanənin toy mərasimi baş tutub.
Mia.az xəbər verir ki, toydan yayılan görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Xüsusilə Alim Qasımovun nəvəsinin "Bu günə kimi gözüm heç nədə qalmayıb, ailəm hər şeyimi yüksək səviyyədə təmin edib. Eyni rahatlığı, gözəlliyi Fəriddən də tələb edirəm və arzulayıram. Ümid edirəm ki, o da mənə nəyi necə edim dedirtməyəcək", - sözləri qıcıq yaradıb.
Xalq artisti Alim Qasımov “cebheinfo.az”-a açıqlamasında nəvəsinin sözlərinə şərh verməyib: “Mən o müzakirələrə heç baxmıram və eşitmirəm. Bu barədə yalnız onu deyə bilərəm ki, Allah xoşbəxt eləsin. Allah cəmi balaları, cəmi nəvələri xoşbəxt eləsin, mənim də balalarım və nəvələrim onların içində. Allah ölkəmizi qorusun, ölkəmiz əmin-amanlıq içində olsun. Allah sizdən də razı olsun, diqqətinizə görə minnətdaram”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 23 Yanvar 2026 16:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















