Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ali Məhkəmə aliment borcunun silinməsi ilə bağll tələbə iddia icraatında baxılmasının mümkünlüyü barədə vahid məhkəmə təcrübəsini müəyyənləşdirən qərar qəbul edib.
Şəxs 2022-ci ilin avqust, sentyabr, oktyabr, noyabr və dekabr ayları üzrə aliment ödəmək öhdəliyindən azad olunması və həmin aylar üçün yaranmış aliment borcunun silinməsi tələbi ilə məhkəməyə müraciət edib.
Tələb onunla əsaslandırılıb ki, həmin dövrdə uşaqların maddi ehtiyaclarını təmin edib.
Belə olan halda həmin aylar üzrə ona yenidən aliment borcu hesablana bilməz.Hansı halda aliment borcu silinə bilər?
Hüquqşünas Ramil Süleymanov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, aliment borcunun silinməsi məsələsi ilkin olaraq tərəflərin qarşılıqlı razılığı əsasında həyata keçirilir.
Belə bir razılıq olmadıqda, tərəflərdən birinin iddiası əsasında silinə bilər.
Ramil Süleymanov / Foto: Bizimyol.info “Tərəflərin arasında hüquqi baxımdan nikah pozulur, amma bir müddətdən sonra tərəflər bir-birləri ilə barışırlar və birgə yaşamağa davam edirlər.