Icma.az
close
up
RU
Aliment borcu hansı halda silinə bilər? Məhkəmə tərəflərin əsaslı sübutlarını ciddi şəkildə araşdırmalıdır

Aliment borcu hansı halda silinə bilər? Məhkəmə tərəflərin əsaslı sübutlarını ciddi şəkildə araşdırmalıdır

Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ali Məhkəmə aliment borcunun silinməsi ilə bağll tələbə iddia icraatında baxılmasının mümkünlüyü barədə vahid məhkəmə təcrübəsini müəyyənləşdirən qərar qəbul edib. Şəxs 2022-ci ilin avqust, sentyabr, oktyabr, noyabr və dekabr ayları üzrə aliment ödəmək öhdəliyindən azad olunması və həmin aylar üçün yaranmış aliment borcunun silinməsi tələbi ilə məhkəməyə müraciət edib. Tələb onunla əsaslandırılıb ki, həmin dövrdə uşaqların maddi ehtiyaclarını təmin edib. Belə olan halda həmin aylar üzrə ona yenidən aliment borcu hesablana bilməz.Hansı halda aliment borcu silinə bilər?

Hüquqşünas Ramil Süleymanov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, aliment borcunun silinməsi məsələsi ilkin olaraq tərəflərin qarşılıqlı razılığı əsasında həyata keçirilir. Belə bir razılıq olmadıqda, tərəflərdən birinin iddiası əsasında silinə bilər.

Ramil Süleymanov / Foto: Bizimyol.info

“Tərəflərin arasında hüquqi baxımdan nikah pozulur, amma bir müddətdən sonra tərəflər bir-birləri ilə barışırlar və birgə yaşamağa davam edirlər. O cümlədən uşaqların qayğısına birgə qalmağa davam edirlər. Bunun nəticəsində tərəflərin arasında yenidən münasibətlər korlandığı zaman kişi bildirir ki, "biz filan tarixdən filan tarixə qədər birlikdə yaşamışıq və uşaqların qayğısında mən iştirak etmişəm, mən onların maddi təminatını üzərimə götürüb etmişəm". Beləliklə, məhkəmə əgər kişinin sübutlarını yetərincə əsaslı hesab edərsə, həmin dövrü əhatə edən hesablanmış aliment məbləğinin borc məbləğindən silinməsi barədə qərar qəbul edə bilər.

Eyni zamanda, aliment ödəyən tərəf aliment ödədiyi dövr ərzində xəstələnərsə və yaxud çox ciddi maddi problemlər içərisində olarsa, bununla bağlı kifayət qədər əsaslandırılmış sübutları təmin edərsə, məhkəmə bunu da nəzərə ala bilər. Bu qərarı da məhkəmə, ümumiləşdirilmiş məhkəmə təcrübəsindən çıxış edərək qeyd edir ki, həmin o çəkişmədə iddiaçı öz iddiasını yetərincə əsaslı sübut edə bilməmişdir. Ona görə də məhkəmə bundan çıxış edərək iddiaçının iddiasını təmin etməmişdir”-deyən hüquqşünas qeyd edib ki, məhkəmə istənilən halda tərəflərin bu məsələdə sui-istifadə hallarının qarşısını almaq üçün Azərbaycan Respublikasının mülki prosessual məcəlləsinin tələblərinə uyğun olaraq tərəflərin əsaslı sübutlarını çox ciddi şəkildə araşdırmalıdır və yalnız bundan sonra qanuni qərar qəbul etməlidir.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:235
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 25 Dekabr 2024 16:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see730

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see566

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see562

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see324

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see316

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see310

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see279

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see277

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see271

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see265

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see265

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see264

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see264

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see263

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see260

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see238

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see219

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see215

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see212

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri