Alimlər kişi və qadın beyninin işində fərqlər tapıblar | Icma.az
Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Alimlərin yeni araşdırmaları göstərir ki, kişi və qadın beynində yüzlərlə gen fərqli şəkildə işləyir.
Bu fərqlərin hamısı tam öyrənilməsə də, onların bəziləri müəyyən xəstəliklərin bir cinsdə daha çox yayılmasını izah edə bilər.
Məsələn, Altsheymer xəstəliyi qadınlarda, Parkinson xəstəliyi isə kişilərdə daha çox rast gəlinir.
Ölkə.Az "The Conversation"a istinadən xəbər verir ki, bu fərqlər insan hələ ana bətnində olanda formalaşmağa başlayır.
Oxşar hallar digər primatlarda da tapılıb, bu da fərqlərin qədim və təbii olduğunu göstərir.
Son illərdə genlərin fəaliyyətini birbaşa ölçən müasir üsullar çoxlu məlumat ortaya çıxarıb.
Araşdırmalara görə, 20 min insani genin təxminən üçdə biri kişi və qadınlarda müxtəlif şəkildə işləyir.
Tam oxu
Xəbəri oxu