Alimlər suyun daha bir sirrini açıblar | Icma.az
Icma.az, Reyting.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır. Adi suyun iki üzü var.
Su sadəcə maye formasında deyil, həm də tamamilə fərqli iki formada mövcuddur.
Reyting.az xəbər verir ki, suyun iki üzünün olması alimlərin yeni araşdırmaları nəticəsində məlum olub.Elm adamlarının su ilə bağlı yeni kəşfi elm və texnologiya üçün gözlənilməz üfüqlər açır.Mütəxəssislərin fikrincə, insanlar adətən maye suyu maksimum dərəcədə, +25°C temperaturda təsəvvür edirlər.
Ancaq 30 il öncə tədqiqatçılar təklif ediblər ki, həddindən artıq soyuma vəziyyətində su başqa bir maye formasına çevrilə bilər və bunu tədqiq etmək gərəkdir.
Lakin elmdə bununla bağlı nəzəriyyə mövcud olsa da, bir ciddi maneə onun praktikada sübuta yetirilməsini əngəlləyib.
Səbəb isə suyun dərhal buz halına salınması prosesi idi. Qeyri-adi vəziyyətdə maye halında suyu "tutmaq" üçün beynəlxalq alimlər qrupu qeyri
Alimlər suyu soyutmaq əvəzinə, infraqırmızı femtosaniyə lazerindən istifadə etməklə, yüksək sıxlıqlı amorf buzu qızdırıblar.
Bu cihaz isə ultra qısa, lakin yetərincə güclü termal impulslar yaratmağa qadirdir.
Tam oxu
Xəbəri oxu