Icma.az
close
up
RU
Alimlər suyun daha bir sirrini açıblar

Alimlər suyun daha bir sirrini açıblar

Icma.az, Reyting.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Adi suyun iki üzü var. Su sadəcə maye formasında deyil, həm də tamamilə fərqli iki formada mövcuddur.
Reyting.az
xəbər verir ki, suyun iki üzünün olması alimlərin yeni araşdırmaları nəticəsində məlum olub.
Elm adamlarının su ilə bağlı yeni kəşfi elm və texnologiya üçün gözlənilməz üfüqlər açır.
Mütəxəssislərin fikrincə, insanlar adətən maye suyu maksimum dərəcədə, +25°C temperaturda təsəvvür edirlər. Ancaq 30 il öncə tədqiqatçılar təklif ediblər ki, həddindən artıq soyuma vəziyyətində su başqa bir maye formasına çevrilə bilər və bunu tədqiq etmək gərəkdir. Lakin elmdə bununla bağlı nəzəriyyə mövcud olsa da, bir ciddi maneə onun praktikada sübuta yetirilməsini əngəlləyib. Səbəb isə suyun dərhal buz halına salınması prosesi idi.
Qeyri-adi vəziyyətdə maye halında suyu "tutmaq" üçün beynəlxalq alimlər qrupu qeyri-ənənəvi yol seçməli olublar. Alimlər suyu soyutmaq əvəzinə, infraqırmızı femtosaniyə lazerindən istifadə etməklə, yüksək sıxlıqlı amorf buzu qızdırıblar. Bu cihaz isə ultra qısa, lakin yetərincə güclü termal impulslar yaratmağa qadirdir. Elm adamlarının iştirakı ilə daha sonra əldəki nümunə rentgen şüaları ilə işıqlandırılıb və inanılmaz nəticə ortaya çıxıb.
Tədqiqatlar nəticəsində sübuta yetirilib ki, -63°C-də olan maye halındakı su hələ də adi mayedir. Lakin hansısa adi maye yox, bir anda ikisi, yəni suyun bir hissəsi aşağı təzyiqdə aşağı sıxlıq, suyun ikinci üzü isə yüksək təzyiqdə yüksək sıxlığa malikdir.
Tədqiqatçılar eyni zamanda, araşdırmalar zamanı müşahidə ediblər ki, bu cür sıxlıq fərqi 20 faizə çatıb. Bu isə o deməkdir ki, sular çox güman, bir-biri ilə qarışmır - su və yağ kimi.
Elm adamları qeyd edirlər ki, maye suyun tədqiqi, faza xassələri alimlər üçün təkcə elmi konfransların mövzusu deyil. Su ən möcüzəli və sirli xüsusiyyətləri ilə bir çox sahələrdə, biokimyada, materialşünaslıqda, eləcə də sənaye texnologiyasında önəmli rol oynayır. Elmdəki bu kəşf, yeni dərmanların, enerji sistemlərinin və hətta yeni materialların inkişafına təsir göstərə bilər.
Oqtay QORÇU
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://reyting.az
archiveBu xəbər 04 İyun 2025 10:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see414

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see286

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see262

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see237

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see231

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see223

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see211

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see206

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see203

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see202

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see195

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see189

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see189

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see187

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see187

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see182

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see182

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see181

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see175

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri