Alimlər xəbərdarlıq edib: Neft limanları təhlükə altındadır... | Icma.az
Bizimyol saytına istinadən Icma.az xəbər verir. Son məlumatlara görə, ən çox neft ixracının həyata keçirildiyi 13 liman təhlükə altındadır.
Təhlillər göstərdi ki, dünyanın ən mühüm 13 limanı su altında qalacaq.
Aparılan araşdırmalara görə, dəniz səviyyəsinin qalxması qaçılmazdır və bu yüksəliş 2070-ci ildə buzlaqların əriməsi ilə baş verə bilər.
Bizimyol.info "hurriyet"ə istinadən xəbər verir ki, Beynəlxalq Kriosfer İqlim Təşəbbüsü (ICCI) iqlim böhranını araşdıran təhlil hesabatlarını açıqlayıb.
Hesabatda bildirilir ki, ICCI-nin təhlili göstərir ki, qlobal istiləşmə nəticəsində dəniz səviyyəsinin qalxması ilə dünyanın ən böyük və ən mühüm neft limanları su altında qalacaq.
“The Guardian”da yer alan xəbərə görə, təhlildə “supertanker” kimi tanınan gəmilərin ən çox hərəkət etdiyi 13 limanın dəniz səviyyəsinin cəmi 1 metr qalxması ilə ətrafa ciddi ziyan görəcəyi bildirilib.
Tədqiqatçılar Səudiyyə Ərəbistanının Ras Tanura və Yanbu limanlarının bu baxımdan xüsusilə həssas olduğunu bildiriblər.
Hər iki liman Səudiyyə Ərəbistanının dövlət neft şirkəti "Aramco" tərəfindən idarə olunur və ölkənin neft ixracının 98 faizi bu limanlardan həyata keçirilir.
Tam oxu
Xəbəri oxu