Allahdan, yoxsa USM dən?.. FELYETON | Icma.az
Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir. 1990-cı illərin lap əvvəlinin dəbindən deyim: USM.
O USM ki, başladı həm də hamilə qadınların dölünün cinsini göstərməyə.
Elə bundan istifadə edən fürsəti qaçırmayanlar da dedilər, hə, bax, bu, əla oldu. Nəyimizə lazım 2, 3, 4 qız, həm də bir-birinin ardınca.
Axı bizim bir oğlan sevdamız var. Odur ki, “qoy oğlumuz olsun, necə deyərlər, şirin payımız bol olsun” deyənlərin sayı olmadı.
Beləliklə, qadınlar qaldılar xəstəxana yollarında. USM “qız” dedi, qadın elə oradan aborta yollandı, ikinci dəfə də “qız” dedi, birbaşa abor
O vaxta qədər ki, USM şirin pay verdi, oğlan dedi, ana da sevinə-sevinə evə qayıdıb qayınanasını, ərini muştuluqladı.
O vaxtlar bu üsul hələ təzə idi, hamının xoşuna gəlirdi. Ta oğlanı Allahdan istəməyə lüzum da qalmadı. Hamı USM-dən istədi.
Az qala hamının oğlu oldu. Hətta biri yox, bir neçəsi. Hara baxdın oğlan, o qohumda, bu qonşuda: oğlan, oğlan, oğlan.
Tam oxu
Xəbəri oxu