Icma.az
close
up
RU
Allahdan, yoxsa USM dən?.. FELYETON

Allahdan, yoxsa USM dən?.. FELYETON

Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

1990-cı illərin lap əvvəlinin dəbindən deyim: USM. O USM ki, başladı həm də hamilə qadınların dölünün cinsini göstərməyə. Elə bundan istifadə edən fürsəti qaçırmayanlar da dedilər, hə, bax, bu, əla oldu. Nəyimizə lazım 2, 3, 4 qız, həm də bir-birinin ardınca. Axı bizim bir oğlan sevdamız var. Odur ki, “qoy oğlumuz olsun, necə deyərlər, şirin payımız bol olsun” deyənlərin sayı olmadı. Beləliklə, qadınlar qaldılar xəstəxana yollarında. USM “qız” dedi, qadın elə oradan aborta yollandı, ikinci dəfə də “qız” dedi, birbaşa aborta. O vaxta qədər ki, USM şirin pay verdi, oğlan dedi, ana da sevinə-sevinə evə qayıdıb qayınanasını, ərini muştuluqladı.

O vaxtlar bu üsul hələ təzə idi, hamının xoşuna gəlirdi. Ta oğlanı Allahdan istəməyə lüzum da qalmadı. Hamı USM-dən istədi. Az qala hamının oğlu oldu. Hətta biri yox, bir neçəsi. Hara baxdın oğlan, o qohumda, bu qonşuda: oğlan, oğlan, oğlan.

Bizim bu ailə, qadın, uşaq və səhiyyə məsələlərinə baxan qurumların yəqin o vaxt heç ağlına gəlmədi ki, niyə hamı oğlan doğur. Gəlməliydi, gəlmədi. Gəlmədi ki, gəlmədi...

Bir də baxıb nə görsək yaxşıdır? Gördük ki, ta ölkədə qızlar az-maz gözə dəyir, hər yer oğlandır. Baxdıq ki, başımıza xeyir, 2021-ci ilin statistikasına əsasən, Azərbaycanda 100 qıza 115 oğlan düşür. Əvvəl selektiv aborta görə siyahıda liderlik Çinə məxsus idi və Azərbaycan ikinci yerdə idi. Gördük ki, indi vəziyyət əksinədir. Biz Çini üstələmişik. Hətta qız-oğlan nisbətini də arxada qoymuşuq: 100-110,3 onlardadır, 100-115 bizdə.

Məlum oldu ki, BMT-nin Əhali Fondunun hesablamalarına görə Azərbaycanda doğulan uşaqlar arasında cinsə görə nisbətin ciddi şəkildə pozulması davam etsə, 2050-ci ilə qədər hər il doğulan oğlan uşaqlarının sayı qız uşaqlarının sayından 12000-15000 nəfər çox olacaq. Cəmiyyətdə kişilərin sayının bu artımla davam etməsi ölkənin acınacaqlı nəticələrlə üz-üzə qalması halına gətirib çıxara bilər. Bura gender bərabərsizliyi, zorakılıq, erkən nikah, insan alveri və kriminal səviyyənin artması aiddir.

Bismillahir-rəhmanir-rəhim, bu nə rəqəmlərdir belə? Müsəlləyə çıxaq, nə edək, Allahdan bəlkə bir az qız istəyək...

Elə bu arada Ədliyyə Nazirliyinin məlumatı yayıldı. Nazirliyin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 2024-cü ilin yanvar-iyun ayları ərzində 48702 doğulan körpə qeydə alınıb və əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 10,7-dən 9,6-ya düşüb. Bunu qoyaq bir kənara, doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,2 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,8 faiz olub.

Budur, oğlan sayı qız sayını yenə də çox üstələyir. Bu isə o deməkdir ki, qız qəhətə çıxır. Bizdə belə bir deyim vardı: qız qızıla dönür, xəbəri yox oğlanların. İndi isə belə deyək: qız qəhətə çıxır, xəbəri yox oğlanların.

Hələ yəqin baş qarışıb təhsilə, əsgərliyə. Elə ki, evlənmək vaxtı çatacaq, oğlanlar baxıb görəcək ki, qız qalmayıb. Səhərdən bəri bu qədər danışmağımın da səbəbi elə budur. Ay oğlanlar, başınızı çox işə-gücə qatmayın, qız məsələsini də vaxtında həll edin, yəni bir gözaltınız-zadınız olsun. Yoxsa, bir də baxacaqsınız ki, evlənməyə qız qalmayıb.

Aid qurumları bu məsələ nə qədər ki, narahat etmir, siz özünüz həll edin. Bəlkə gələcəkdə disbalans məsələsi onları da narahat edər və selektiv abortlara qadağa qoymaqla bu məsələni kökündən həll etmiş olarlar. Hələ buna da, ya qismət...

Mətanət Məmmədova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 16 Aprel 2025 16:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1206

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see477

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see380

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see373

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see372

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see366

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see324

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see300

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see269

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see243

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see209

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see209

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see205

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see204

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see200

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see196

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see191

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see183

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see181

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri