Allahşükür Paşazadə haralardadır... | Icma.az
Modern.az saytına istinadən Icma.az xəbər verir. Martın 30-da Azərbaycanda Ramazan bayramı qeyd edildi, bayram namazı qılındı.
Lakin həmin namazda Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə iştirak edə bilməyib.
Buna səbəb kimi şeyxin Türkiyədə olması və qayıtmaq üçün bilet tapa bilməməsi göstərilib.
Digər məlumatlarda şeyx həzrətlərinin səhhətində problemlərin olması bildirilıb.
QMİ sədrinin özü isə həmin vaxt belə bir açıqlama ilə çıxış etdi:“Hazırda Türkiyədəyəm.
Bakıya qayıtmaq istəyəndə bir qədər sıxlıq oldu, təyyarə bileti tapmadım, ona görə gəlib çata bilmədim. İndi çıxıb gəlirəm.
Artıq 76 yaşım var. Yaşla əlaqədar hər kəsin səhhətində problem yarana bilər. Hər şey ola bilər.
Buna baxmayaraq, mənim səhhətimdə heç bir problem yaranmayıb”.
Tam oxu
Xəbəri oxu