Icma.az
close
up
RU
Allahşükür Paşazadə haralardadır...

Allahşükür Paşazadə haralardadır...

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Martın 30-da Azərbaycanda Ramazan bayramı qeyd edildi, bayram namazı qılındı. Lakin həmin namazda Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə iştirak edə bilməyib. Buna səbəb kimi şeyxin Türkiyədə olması və qayıtmaq üçün bilet tapa bilməməsi göstərilib. Digər məlumatlarda şeyx həzrətlərinin səhhətində problemlərin olması bildirilıb. 

QMİ sədrinin özü isə həmin vaxt belə bir açıqlama ilə çıxış etdi:
“Hazırda Türkiyədəyəm. Bakıya qayıtmaq istəyəndə bir qədər sıxlıq oldu, təyyarə bileti tapmadım, ona görə gəlib çata bilmədim. İndi çıxıb gəlirəm.

Artıq 76 yaşım var. Yaşla əlaqədar hər kəsin səhhətində problem yarana bilər. Hər şey ola bilər. Buna baxmayaraq, mənim səhhətimdə heç bir problem yaranmayıb”.


Açıqlamasında şeyxülislamın hansı səbəbdən Türkiyədə olduğuna tam aydınlıq gətirmək istəməməsi əlavə suallar doğurmuşdu.


Allahşükür Paşazadə Türkiyədən qayıdıbmı?
 

Modern.az-ın əldə etdiyi məlumata görə, Qafqaz Müsəlmanları İdarəsinin sədri Ramazan bayramından sonra ölkəyə qayıdıb. Onun hazırda işinin başında, səhhətinin isə qaydasında olduğu bildirilib.
Qafqaz müsəlmanlarının XII şeyxülislamı hacı Allahşükür Paşazadə 1980-ci ildən bu vəzifədə çalışır. O, Qafqaz müsəlmanlarının 29 iyul 2003-cü ildə Bakıda keçirilmiş XI qurultayında yekdilliklə ömürlük sədr seçilib. Bu ilin avqustunda onun 76 yaşı tamam olacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:195
embedMənbə:https://modern.az
archiveBu xəbər 17 Aprel 2025 11:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see600

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see531

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see356

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see283

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see247

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see246

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see235

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see234

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see230

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see230

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see208

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see206

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see203

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see191

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see188

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see187

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see179

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see178

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see168

Liqa 1: Renndə 5 qol

12 Oktyabr 2026 00:41see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri