Allergiyasız gələcəyə doğru Yeni müalicə metodları təqdim olunub | Icma.az
Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır. Bakıda Azərbaycan–Türkiyə Allerqoloq və İmmunoloqlarının II Beynəlxalq Konfransı keçi
Tədbirdə Türkiyənin nüfuzlu universitetlərindən gələn alimlərin və yerli mütəxəssislərin elmi-praktik məruzələri dinlənilib.
“Qafqazinfo” xəbər verir ki, beynəlxalq tədbirdə Azərbaycan Tibb Universitetinin (ATU) allergologiya və klinik immunologiya kafedrasının müdiri, əməkdar həkim professor Lala Allahverdiyeva, MDB, Mərkəzi Asiya və Balkan ölkələrində MADx və Inmunotek şirkətlərinin nümayəndəsi, molekulyar allergologiya məktəbinin yaradıcısı, PhD Sergey Yuryev, ABŞ-dən profossor Dana Wallace Türkiyədən olan professorlar Ümit Murat Şahiner, Koray Harmancı o cümlədən yerli və xarici alimlər, müxtəxəssislər iştirak ediblər.
Konfransda molekulyar allergiya diaqnostikası sahəsində ən müasir və dəqiq metod sayılan ALEX² testi diqqət mərkəzində olub.
Məlumat verilib ki, bu test 295 müxtəlif allergen və onların komponentləri üzrə fərdi həssaslıqları müəyyən etməyə imkan verir.
Beləliklə, həkimlərə daha dəqiq və şəxsi yanaşma ilə müalicə planlaşdırmağa şərait yaradır.
Çoxsaylı sensibilizasiya hallarında klassik dəri testləri və standart İFA analizləri klinik əhəmiyyətli allergeni dəqiq müəyyən edə bilmədiyi üçün, belə hallarda molekulyar allergodiaqnostika mühüm rol oynayır.
Tədbirdə həmçinin İspaniyanın Inmunotek əczaçılıq şirkətinin effektiv müalicə üsulları da təqdim olunub.
Tam oxu
Xəbəri oxu