Icma.az
close
up
RU
Allergiyasız gələcəyə doğru Yeni müalicə metodları təqdim olunub

Allergiyasız gələcəyə doğru Yeni müalicə metodları təqdim olunub

Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

Bakıda Azərbaycan–Türkiyə Allerqoloq və İmmunoloqlarının II Beynəlxalq Konfransı keçirilib. Tədbirdə Türkiyənin nüfuzlu universitetlərindən gələn alimlərin və yerli mütəxəssislərin elmi-praktik məruzələri dinlənilib.

“Qafqazinfo” xəbər verir ki, beynəlxalq tədbirdə Azərbaycan Tibb Universitetinin (ATU) allergologiya və klinik immunologiya kafedrasının müdiri, əməkdar həkim professor Lala Allahverdiyeva, MDB, Mərkəzi Asiya və Balkan ölkələrində MADx və Inmunotek şirkətlərinin nümayəndəsi, molekulyar allergologiya məktəbinin yaradıcısı, PhD Sergey Yuryev, ABŞ-dən profossor Dana Wallace Türkiyədən olan professorlar Ümit Murat Şahiner, Koray Harmancı o cümlədən yerli və xarici alimlər, müxtəxəssislər iştirak ediblər.

Konfransda molekulyar allergiya diaqnostikası sahəsində ən müasir və dəqiq metod sayılan ALEX² testi diqqət mərkəzində olub.

Məlumat verilib ki, bu test 295 müxtəlif allergen və onların komponentləri üzrə fərdi həssaslıqları müəyyən etməyə imkan verir. Beləliklə, həkimlərə daha dəqiq və şəxsi yanaşma ilə müalicə planlaşdırmağa şərait yaradır. Çoxsaylı sensibilizasiya hallarında klassik dəri testləri və standart İFA analizləri klinik əhəmiyyətli allergeni dəqiq müəyyən edə bilmədiyi üçün, belə hallarda molekulyar allergodiaqnostika mühüm rol oynayır.

Tədbirdə həmçinin İspaniyanın Inmunotek əczaçılıq şirkətinin effektiv müalicə üsulları da təqdim olunub. Şirkətin istehsal etdiyi Alksoid®️ (5 yaşdan etibarən inyeksiya ilə immunoterapiya) və Oraltek®️ (2 yaşdan etibarən dil altı sprey) preparatlarının klinik olaraq təsdiqlənmiş effektivliyi və təhlükəsizliyi mövcuddur. Bu preparatlar allergik rinit və rinosinusitin müalicəsində istifadə olunur və bronxial astma və digər fəsadların qarşısını alır.

Qeyd edək ki, XXI əsrdə allergik xəstəliklər dünya miqyasında ən aktual tibbi və sosial problemlərdən birinə çevrilib. ÜST-nin məlumatına əsasən, dünya əhalisinin 30-40%-i müxtəlif formalı allergiyalardan əziyyət çəkir və bu göstərici artmaqda davam edir.

Konfransda çıxış edənlər diqqətə çatdırıb ki, Azərbaycanda son onilliklərdə allergik xəstəliklərin yayılması əhəmiyyətli dərəcədə artıb. Statistikaya əsasən, əhalinin 20-30%-i həyatında ən azı bir dəfə allergiya simptomları ilə qarşılaşır. Xüsusilə Bakı və digər şəhərlərdə allergik rinit, bronxial astma, atopik dermatit və qida allergiyaları halları, xüsusilə uşaqlar arasında artmaqdadır. Yaz-yay aylarında ambrozia, yovşan, taxıl bitkiləri və digər tozcuqlu bitkilərin yayılması fonunda polen allergiyası (polinoz) ilə bağlı müraciətlər də artır.

Urbanizasiyanın sürətlənməsi, toz, avtomobil qazları və sənaye çirklənməsi allergik, xüsusilə respirator simptomların güclənməsinə səbəb olur. Bundan əlavə, bir çox xəstələr özbaşına müalicəyə və fitoterapiyaya (bitkilərlə müalicə) üz tutur ki, bu da vəziyyəti ağırlaşdıra bilər. Xüsusilə də Asteraceae (günəbaxanlar) fəsiləsinə daxil olan bitkilərə qarşı (çobanyastığı, ekinezya, calendula və s.) həssaslıq olduqda daha da ağırlaşır.

Konfransda pediatriyada və çətin hallarda molekulyar diaqnostikanın tətbiqi, əhalinin allergiya simptomları və vaxtında həkimə müraciətin vacibliyi, elmi araşdırmaların dəstəklənməsi və ölkə üzrə allergik xəstəliklərin milli reyestrinin yaradılması məsələləri müzakirə edilib.

Konfrans çərçivəsində allerqologiya və immunologiya sahəsindəki ən aktual problemlər, xəstəliklərin diaqnostikası və müalicəsində əldə olunan son nailiyyətlər müzakirə olunub, geniş təcrübə mübadiləsi aparılıb.











Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 10 May 2025 17:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see228

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see228

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see223

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see221

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see201

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see196

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see195

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see183

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see182

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see179

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see173

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see170

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see164

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see162

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see160

Banklar daha çox hansı sahibkarı seçir? Biznes kreditlərinin bölgüsü

31 Yanvar 2026 16:18see157

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see149

Gündə bir xörək qaşığı damarları təmizləyir

31 Yanvar 2026 20:44see145

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see145

Narkotik almağa pul vermədiyi üçün arvadını baltalayıb Ağdamdakı cinayətin təfərrüatı

31 Yanvar 2026 17:32see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri