Alman bankı Türkiyənin inflyasiya proqnozunu artırıb

05.11.2024

Icma.az bildirir, Banco.az portalına istinadən.

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Deutsche Bank” Türkiyənin inflyasiya proqnozunu yüksəldib.

Banco.az xəbər verir ki, son inflyasiya məlumatlarından sonra xarici qurumlar 2024-cü ilin qalan hissəsində Türkiyədə faiz endiriminə şərait olmadığı qənaətindədirlər.

Ən son qiymətləndirmə isə “Deutsche Bank” tərəfindən edilib.

Bankın 4 noyabr tarixli hesabatında inflyasiya gözləntiləri artırılsa də, pul siyasətinin yumşaldılmasının 2025-ci ilin yanvarında başlayacağı proqnozu qorunub.

Hesabatda oktyabr ayı məlumatlarının inflyasiyada yeni bir yüksəliş sürprizinə işarə etdiyi, bununla belə disinflyasiyanın davam edəcəyi bildirilib.

Təhlildən sonra bank 2024 və 2025-ci il inflyasiya proqnozlarına artan istiqamətdə düzəlişlər edib. 

Ən sərfəli kredit üçün müraciət et

Buna görə, bankın 2024-cü il sonu Türkiyənin inflyasiya proqnozu 44 faizdən 45 faizə çatdırılıb. 2025-ci il üçün proqnoz isə 25 faizdən 25,4 faizə yüksəldilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью