Alman bankı Türkiyənin inflyasiya proqnozunu artırıb
Icma.az bildirir, Banco.az portalına istinadən.
Müəllif: Tamara Mustafayeva, Banco.az
“Deutsche Bank” Türkiyənin inflyasiya proqnozunu yüksəldib.
Banco.az xəbər verir ki, son inflyasiya məlumatlarından sonra xarici qurumlar 2024-cü ilin qalan hissəsində Türkiyədə faiz endiriminə şərait olmadığı qənaətindədirlər.
Ən son qiymətləndirmə isə “Deutsche Bank” tərəfindən edilib.
Bankın 4 noyabr tarixli hesabatında inflyasiya gözləntiləri artırılsa də, pul siyasətinin yumşaldılmasının 2025-ci ilin yanvarında başlayacağı proqnozu qorunub.
Hesabatda oktyabr ayı məlumatlarının inflyasiyada yeni bir yüksəliş sürprizinə işarə etdiyi, bununla belə disinflyasiyanın davam edəcəyi bildirilib.
Təhlildən sonra bank 2024 və 2025-ci il inflyasiya proqnozlarına artan istiqamətdə düzəlişlər edib.
Ən sərfəli kredit üçün müraciət etBuna görə, bankın 2024-cü il sonu Türkiyənin inflyasiya proqnozu 44 faizdən 45 faizə çatdırılıb. 2025-ci il üçün proqnoz isə 25 faizdən 25,4 faizə yüksəldilib.
Bizi sosial şəbəkələrdən izləyin!!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 05 Noyabr 2024 14:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















