Alman nazir Trampı sərt tənqid etdi: “Bu, mənəvi iflasdır”

11.10.2026

Yeniavaz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


Almaniyanın təhsil naziri Karin Prien ABŞ Prezidenti Donald Trampı Rusiyadan dizel yanacağı alınmasına razılıq verməsi və Ukrayna Prezidenti Volodimir Zelenskinin vəzifədən getməsinə çağırış etməsi səbəbindən sərt tənqid edib.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, Karin Prien Vaşinqtonun yanacaq qiymətlərini aşağı salmaq naminə mənəvi prinsiplərdən güzəştə getdiyini bildirib.
Nazir “X” sosial şəbəkəsində ABŞ prezidentinin açıqlamaları ilə bağlı Almaniya nəşrinin xəbərini şərh edərək yazıb: “Bir neçə litr dizel yanacağına görə. Bu necə də mənəvi iflasdır”.
Qeyd edək ki, Donald Tramp daha əvvəl Volodimir Zelenskinin müharibəyə son qoymaq üçün bir neçə fürsəti əldən verdiyini bildirib və Ukraynada yeni lider seçilməsinə çağırış edib. ABŞ prezidenti Ukrayna liderinin münaqişənin başa çatdırılması ilə bağlı danışıqlar aparmaq imkanlarını boşa verdiyini iddia edib.
Tramp, həmçinin Ukraynanı Rusiyanın enerji sektoruna hücumlar nəticəsində dizel yanacağı çatışmazlığını daha da artırmaqda günahlandırıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью