Alman nazir Trampı sərt tənqid etdi: “Bu, mənəvi iflasdır”
Yeniavaz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Almaniyanın təhsil naziri Karin Prien ABŞ Prezidenti Donald Trampı Rusiyadan dizel yanacağı alınmasına razılıq verməsi və Ukrayna Prezidenti Volodimir Zelenskinin vəzifədən getməsinə çağırış etməsi səbəbindən sərt tənqid edib.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, Karin Prien Vaşinqtonun yanacaq qiymətlərini aşağı salmaq naminə mənəvi prinsiplərdən güzəştə getdiyini bildirib.
Nazir “X” sosial şəbəkəsində ABŞ prezidentinin açıqlamaları ilə bağlı Almaniya nəşrinin xəbərini şərh edərək yazıb: “Bir neçə litr dizel yanacağına görə. Bu necə də mənəvi iflasdır”.
Qeyd edək ki, Donald Tramp daha əvvəl Volodimir Zelenskinin müharibəyə son qoymaq üçün bir neçə fürsəti əldən verdiyini bildirib və Ukraynada yeni lider seçilməsinə çağırış edib. ABŞ prezidenti Ukrayna liderinin münaqişənin başa çatdırılması ilə bağlı danışıqlar aparmaq imkanlarını boşa verdiyini iddia edib.
Tramp, həmçinin Ukraynanı Rusiyanın enerji sektoruna hücumlar nəticəsində dizel yanacağı çatışmazlığını daha da artırmaqda günahlandırıb.
Bu mövzuda digər xəbərlər:Klinton Trampı sərt tənqid etdi: Bu, rüsvayçılıqdır!
15 Fevral 2026 10:31
Şimali Koreya Trampı sərt tənqid etdi
12 Fevral 2025 13:04
Papuaşvili Trampı sərt TƏNQİD ETDİ KONKRET
27 Fevral 2026 12:38
Hillari Klinton Trampı sərt tənqid ETDİ
14 Aprel 2026 09:26
Xamenei Trampı sərt tənqid etdi KONKRET
20 Oktyabr 2025 17:19
Baxış sayı:103
Bu xəbər 11 Oktyabr 2026 17:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















