Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır. ...Almaniyanın Xirşberq şəhərində şizofreniya xəstəliyindən əziyyət çəkən Ukraynadan
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, insident şənbə günü şirkətin Xirşberqdəki binasında baş verib.
Günorta saatlarında Baden-Vürtemberq əyalətinin Mannheim yaxınlığındakı Berqstrassedə ruhi xəstə bir adam başqalarını bıçaq və balta ilə hədələyərək qalmaqal yaradıb və bu, polisin çağırılmasına səbəb olub.
Ruhi xəstə polis əməkdaşlarına aqressiv münasibət göstərdikdə, ona atəş açıblar.
Xəbərdə deyilir ki, yaralanan şəxs ukraynalı Vladislav O.dur.
Qəzetin yazdığına görə, ukraynalı iki ildir Almaniyada qaçqınlar mərkəzində yaşayır.
Onun dostu və keşişi Vladislavın şizofreniyadan əziyyət çəkdiyini və depressiyaya meylli olduğunu, lakin əslində o, "xoş və sakit bir gənc" olduğunu söyləyib.
Yaralı xəstəxanaya çatdırılıb və orada təcili əməliyyat olunub. Hazırda vəziyyəti məlum deyil.