Alman polisinə bıçaq və balta ilə hücum edən ukraynalı ağır yaralanıb
Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.
...Almaniyanın Xirşberq şəhərində şizofreniya xəstəliyindən əziyyət çəkən Ukraynadan olan qaçqın bıçaq və balta ilə silahlanaraq yerli polisə hücum etmək istəyib və nəticədə ağır yaralanıb.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, insident şənbə günü şirkətin Xirşberqdəki binasında baş verib. Günorta saatlarında Baden-Vürtemberq əyalətinin Mannheim yaxınlığındakı Berqstrassedə ruhi xəstə bir adam başqalarını bıçaq və balta ilə hədələyərək qalmaqal yaradıb və bu, polisin çağırılmasına səbəb olub.
Ruhi xəstə polis əməkdaşlarına aqressiv münasibət göstərdikdə, ona atəş açıblar.
Xəbərdə deyilir ki, yaralanan şəxs ukraynalı Vladislav O.dur. Qəzetin yazdığına görə, ukraynalı iki ildir Almaniyada qaçqınlar mərkəzində yaşayır.
Onun dostu və keşişi Vladislavın şizofreniyadan əziyyət çəkdiyini və depressiyaya meylli olduğunu, lakin əslində o, "xoş və sakit bir gənc" olduğunu söyləyib.
Yaralı xəstəxanaya çatdırılıb və orada təcili əməliyyat olunub. Hazırda vəziyyəti məlum deyil.
Polis ruhi xəstəni aqressiya göstərməyə vadar edən səbəbləri araşdırır.
...Kiyev Avropa İttifaqının ukraynalı qaçqınlara yardımı dayandırması ilə bağlı çağırışları rədd edir.
...Almaniya müxalifəti Ukraynadan yeni gələn qaçqınlar üçün işsizlik müavinətinin ləğvinin tərəfdarıdır.
Əli Babayev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 31 Dekabr 2024 00:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















